"Qərarı ləğv etmək, lobbiçiləri müəyyən etmək lazımdır"
Yeni telefonlar üçün rüsumlar 4 dəfədən 30 dəfəyə qədər artıb
Xəbər verdiyimiz kimi, Azərbaycanda fiziki şəxsin xaricdən gətirdiyi mobil telefonun Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyat rüsumu aparatın xüsusiyyətlərindən asılı olaraq 5 manatdan 30-150 manata qədər bahalaşdırılıb. Nazirlər Kabinetinin yeni rüsumlar haqqında qərarı iyulun 31-də dərc edilib. Qeydiyyatdan keçirilməyən yeni telefon şəbəkədən ayrılır. Bu yenilik telefonları satış üçün ölkəyə gətirən şirkətlərə şamil olunmur.
Bazar qiyməti 100 dollardan artıq olmayan, foto və videoçəkiliş funksiyaları olmayan və internetdən istifadəni dəstəkləməyən mobil qurğulara 20 manat dövlət rüsumu qoyulur. Qeydiyyatı zamanı Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytındakı kataloqda markası və modeli, habelə bazar qiyməti göstərilməyən qurğuların qeydiyyatına da 20 manat ölçüsündə dövlət rüsumu qoyulur. Digər hallarda şəxsi istifadə üçün mobil qurğular əldə edən fiziki şəxslər üçün dövlət rüsumunun ölçüsü aşağıdakı kimi təşkil edəcək:
qurğunun bazar qiyməti 100 dollar olduqda - 30 manat;
qurğunun qiyəti 101 dollardan 200 dollara qədər olduqda - 50 manat;
qurğunun qiyəti 201 dollardan 400 dollara qədər olduqda - 60 manat;
qurğunun qiyəti 401 dollardan 700 dollara qədər olduqda - 70 manat;
qurğunun qiyəti 701 dollardan 1000 dollara qədər olduqda - 100 manat;
qurğunun qiyəti 1001 dollar və daha yuxarı olduqda - 150 manat.
Əvvəllər fiziki şəxslər üçün dövlət rüsumunun ölçüsü şəxsi istifadə üçün əldə olunan mobil qurğunun bazar qiymətindən asılı olmayaraq, 5 manat təşkil edirdi.
Topdan satış tacirlərinin maraqlarına uyğun
Azərbaycan manatının iki dəfə devalvasiyaya məruz qalmasından sonra vətəndaşların xarici səfərlərindən telefon gətirməsi daha sərfəli olub. Xaricdən özlərinə, yaxınlarına və satış üçün telefon gətirən çoxsaylı azərbaycanlı turistlər indi bu yolla səfərin xərcini çıxara bilməyəcəklər, belə ki, artıq "şəxsi telefon biznesindən" gəlir sıfıra bərabərdir və ya xeyli azalıb. Müvafiq olaraq, mobil telefonların topdaş idxalı ilə məşğul olan şirkətlərin sahibləri sevinirlər, belə ki, əvvəllər telefonlarını xaricdən alan alıcılar indi onlara məxsus mağazalara can atacaqlar.
Telefonların Rabitə Nazirliyi sistemində qeydiyyatı proseduru bu idarəyə daha bahalıya başa gəlməyə başlamayıb. Deməli, yeni rüsumlar dövlət büdcəsinin doldurulması və topdan satış tacirlərinin maraqlarının müdafiəsi üçün tətbiq edilib.
Mobil telefonların qeydiyyat rüsumlarının minimum 4, maksimum 30 dəfə artırılması haqqında ictimai ekspert, "Multimedia" QHT-nin direktoru Osman Gündüz FB-də fikir bildirib. "Təcili fikir bildirməyi lazım bilirəm, Nazirlər Kabinetinin qərarını normal məntiqə sığmayan biabırçılıq adlandırıram", deyə ekspert reaksiya verib.
O, Nazirlər Kabinetinə rüsumların bahalaşdırılması layihəsini təqdim edən bu qərarın müəlliflərinin kim olduğunu bilmək istəyir, bu məmurları Azərbaycanda telefon satışı ilə qazanc əldə edən bir qrup insanın lobbiçiləri hesab edir. Osman gündüz hesab edir ki, lobbiçilər bu yolla Azərbaycanda yeni 4G, 5G və LTE texnologiyalarının, elektron hökumətin, rəqəmsal cəmiyyətin tətbiqini ləngidirlər, belə ki, yüksək sürətli trafiki dəstəkləyən aparatları əldə etmək sərfəli olmayacaq. Ekspert hesab edir ki, rüsumlar haqqında qərarın təşəbbüsünü irəli sürən və onu qəbul edən Nazirlər Kabineti prezidentin innovasiyaların stimullaşdırılmasından və elektron cəmiyyətin inkişafından ibarət olan siyasətinə qarşı çıxır.
Osman Gündüz Prezident Administrasiyasını Nazirlər Kabinetinin mobil telefonların qeydiyyatına görə yeni rüsumların tətbiq edilməsi haqqında qərarına təcili reaksiya verməyə çağırıb: "Qərarı ləğv etmək, lobbiçiləri müəyyən etmək və onlara qarşı müvafiq tədbirlər görmək lazımdır".
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© Contact
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 d. əvvəl
-
2 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 14 d. əvvəl
-
- 18 d. əvvəl
-
21 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
44 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
Son Xəbərlər
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Ən çox oxunanlar
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
























