Gömrükdə 2 məmur işdən qovuldu
Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsinin rüşvət aldıqlarına görə işdən azad olunduğu bildirilir.
Məlumata görə, İyul ayında Tovuz Gömrük Idarəsinin sərnişin şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Eldar Əhmədov və həmin şöbənin baş inspektoru Əmrulla Əmiraslanov Sınıq körpü gömrük postunda xidmətdə olarkən Azərbaycan Respublikasi ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş depozitdən yayındırmaq məqsədi ilə avtomasını idarə edən şəxsdən 20 min rubl rüşvət alıblar.
Bu fakt əsasında Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Idarəsində xidməti araşdırma aparılmış, araşdırma nəticəsində Eldar Əhmədov və Əmrulla Əmiraslanov törətdikləri cinayət əməlini etiraf etmişlər. Buna görə onların gömrük orqanlarında xidmətinə xitam verilmiş və toplanmış materiallar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Faktla bağlı aidiyyatı üzrə araşdırmalar davam etdirilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© ölkə.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
























