Azərbaycanda banklar arasında ilk dəfə - "Rabitəbank" daha bir ilkə imza atdı!
(®) Özünün 25-ci ilində bir-birindən maraqlı məhsul və xidmətlərini ictimaiyyətə təqdim edən və ardıcıl yeniliklərlə müştərilərini təccübləndirməyi artıq bacarmış Rabitəbank daha bir ilkə imza atdı!
Azərbaycanda banklar arasında ilk dəfə olaraq Rabitəbank özünün “133 Müştəri Xidmətləri”-nə aid xüsusi veb saytı istidəyə verib.
“Müasir zamanın tələbləri əslində çox sadədir: Operativlik və texnologiyalarla ayaqlaşmaq. Artıq müştərilər istənilən yerdən, istənilən zaman brendlə əlaqə yaratmaq və operativ cavab almaq, məsələlərinin həll olunmasını istəyirlər. Heç kimin sənə sərf edəcək əlavə vaxtı yoxdur və müştəri günün istənilən saatında xidmət almaq istəyə bilər, deməli, biznes olaraq buna hazır olmaq lazımdır. 133.az saytı da məhz bu məqsədlə hazırlanıb, artıq Rabitəbank müştəriləri istənilən vaxt və istənilən yerdən müraciət etməklə öz suallarına cavab tapa biləcəklər” - deyə Rabitəbankın Marketinq Departamentinin direktoru Elmir Əliyev bildirib.
Müştərilər sayta daxil olmaqla günün 24 saatında Rabitabot-un aktiv olduğu Telegram və Messengerdən, banka aid Whatsapp kanalından müraciət edərək onlayn kredit müraciətindən tutmuş plastik kart sifarişinə qədər bütün xidmətlərdən istifadə edə bilərlər – bütün bunlara isə yalnız saniyələr sərf olunacaq.
Bundan əlavə, 133.az saytında müştərilər aktiv kredit və kart məhsulları ilə tanış ola, xüsusi hazırlanmış kalkulyatorlardan istifadə etməklə kredit məbləğinə və kredit müddətinə əsasən aylıq kredit ödənişini özləri hesablaya bilərlər. Tez-tez soruşulan suallar bölməsində onları maraqlandıran demək olar ki, bütün suallara cavab tapmaq mümkündür.
Rabitəbank 133.az saytını və ümumilikdə 133 Qaynar Xəttinin işini daha da təkmilləşdirməyi, müştərilərə daha əlçatan, daha rahat xidmətlər verməyi davam etdirəcək.
Saytla daha yaxından tanış olmaq üçün keçid edin və özünüz test edin: http://133.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb


















