İyulda qlobal neft təklifi artıb
Qlobal neft təklifi iyul ayında əvvəlki ayla müqayisədə gündəlik 300 min barrel artaraq 99 milyon 400 min barelə yüksəlib.
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı iyulda dəyişmyib və 32 milyon 180 min barel olub.
Xam neft xaric digər OPEC hasilatı isə sutkada 6 milyon 920 min barel olub. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 39 milyon 100 min barel səviyyəsində baş tutub.
İyulda OPEC daxilində hasilatında gündəlik ən çox azalma Səudiyyə Ərəbistanda baş verib. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 110 min barrel azalaraq 10 milyon 350 min barrelə enib.
İran, Venesuela və Liviyada 40 min barrel aşağı düşən gündəlik neft hasilatı, İranda 3 milyon 750 min barelə, Venesuelada 1 milyon 260 min barrelə və Liviyada 670 min barelə enib.
Keçən ay OPEC daxilində Birləşmiş Ərəb Əmirlikləri və Küveyt gündəlik neft hasilatlarını ən çox artıran iki ölkə olub. Birləşmiş Ərəb Əmirlikləri gündəlik neft hasilatını 80 min barel artıraraq 2 milyon 980 min barelə, Küveyt də 80 min barel artıraraq 2 milyon 800 min barrelə qaldırıb.
İyulda OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı isə gündəlik 260 min barel artaraq təxminən 60 milyon 300 min barel olub. Beləliklə, ehtiyatlardan satış daxil qlobal neft təklifi iyulda əvvəlki ayla müqayisədə gündəlik 300 min barrel artaraq 99 milyon 400 min barelə yüksəlib.
Hesabata görə, 2018-ci ildə OPEC-ə daxil olmayan ölklərin neft təklifi ötən illə müqayisədə gündəlik orta hesabla 2 milyon barrel artaraq 59 milyon 900 min barelə, 2019-da da gündəlik 1 milyon 800 min barel artımla 61 milyon 700 min barelə çatacaq.
Qlobal neft tələbi 2019-da gündəlik 100 milyon 700 min barrel təşkil edəcək
IEA-nın hesabatında, bu il qlobal neft tələbinin gündəlik orta hesabla 99 milyon 200 min barrel təşkil edəcəyi, 2019-ci il üçün isə bu rəqəmin 100 milyon 700 min barrelə yüksələcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























