Bakıda 24/7 rejimində fəaliyyət göstərən bank filialı açıldı
“Amrahbank”ın Səbail rayonu, Xaqani küçəsi 31 ünvanında yerləşən 24/7 rejimli Express filialı fəaliyyətə başlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə. bu məqsədlə təşkil olunmuş açılış mərasimində Müşahidə Şurasının üzvü Fazil Hüseynov, Müşahidə Şurasının müşaviri Ülvi İldırmzadə, İdarə Heyətinin Sədri vəzifəsini icra edən xanım Leyla Məmmədbəyli, İdarə Heyətinin üzvləri, bankın əməkdaşları, qonaqlar, müştərilər iştirak ediblər.
BANKIN TARİXİNDƏ BİR İLK
Açılış mərasimində çıxış edən İdarə Heyətinin Sədri v.i.e. Leyla xanım Məmmədbəyli bildirib ki, “Amrahbank”ın yeni qəbul olunmuş modern inkişaf strategiyasına müvafiq olaraq açılan "Express" filialı bankın tarıxində ilk dəfə olaraq 24 saat, 7 gün rejimində fəaliyyət göstərəcəkdir: "Hesab edirik ki, açılan yeni filialımız təkcə paytaxtımızın sakinlərini deyil, eyni zamanda şəhərimizin qonaqlarını və turistlərinin də rahatlığını təmin edəcəkdir".
Mərasimdə çıxış edən qonaqlar və bankın əməkdaşları açılış ilə bağlı öz ürək sözlərini bildiriblər, yeni filialın fəaliyyətinə uğurlar arzu ediblər.
ŞƏHƏRİN ƏN QAYNAR NÖQTƏSİNDƏ
Nəzərinizə çatdırırıq ki, “Amrahbank”ın 24/7 rejimli Express filialı, şəhərin ən qaynar yerlərindən birində, Axundov adına Milli Kitabxananın qarşısında yerləşir. Yeni filialda müştərilər bütün növ bank xidmət və məhsullarından faydalana biləcəklər.
25 ildir ölkəmizin maliyyə bazarında fəaliyyət göstərən Amrahbank, Azərbaycanın ən aparıcı banklarından biridir və hal-hazırda 22 filiali, bir şöbəsı ilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















