EBRD-nin Azərbaycandakı layihələrinin sayı artıb
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin iyun ayında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 12 mln. avro və yaxud 0,38% artaraq 2018-ci il iyulun 1-nə 3,181 mlrd. avro təşkil edib.
Verilmiş borclarda özəl sektorun mövqeyi dəyişməyərək 25% olaraq qalıb. Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 2 ədəd yaxud 1,21% artaraq 167-yə yüksəlib.
Qeyd edilən dövrdə Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 7 mln. avro və yaxud 0,3% artaraq 2,358 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 16 mln. avro və yaxud 1,61% kiçilərək 976 mln. avro olub.
Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 11 mln. avro yaxud 0,76% azalaraq 1,433 mlrd. avroya bərabər olub.
EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 2 vahid yaxud 4,08% artaraq 49-a çatıb.
Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.
EBRD-nin cari portfelinin 49,90%-i yaxud 715 mln. avroluq hissəsi enerji, 41,87%-i yaxud 600 mln. avroluq hissəsi infrastruktur, 5,16%-i yaxud 74 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,14%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















