Bakı-Sumqayıt avtobuslarında gediş haqqı endirilib
Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı 60 qəpiyə endirilib.
Bunu Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi ilə təsdiq olunub:
N.Allahyarovanın sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomabil Nəqliyyatı Xidməti (DANX) tərəfindən həmin istiqamət üzrə tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə müraciət edildikdən sonra, əldə olunan razılığa əsasən, tarif 60 qəpiyə endirilib:
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
"Beləliklə, bu gündən etibarən Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi ) istiqamətində 502 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqı üçün 60 qəpik ödəyəcəklər. Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub. Sərnişinlərdən süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı NRYTN-nin “1655” saylı “Qaynar xətt”nə müraciət edərək məlumat vermələri rica olunur. Əlavə olaraq qeyd edim ki, avqust ayının 3-dən etibarən 501 və 503 saylı marşrut xətlərində də DANX-ın daşıyıcılara müraciətindən sonra tarif 60 qəpik müəyyən edilib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 d. əvvəl
-
28 d. əvvəl
Trampdan yeni açıqlama: "Dünya sülhü üçün böyük bir gündür. İran yenidənqurmaya başlaya bilər"
-
-
40 d. əvvəl
Lombard şirkətinin illik gəlirlilik dərəcəsi 15% olan istiqrazları yerləşdiriləcək - TARİX
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
- 3 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran: Hörmüz boğazı 2 həftə açıq olacaq
Qızılın qiyməti atəşkəs xəbərləri ilə yüksəlir
Neft 2 həftəlik atəşkəs qərarı ilə kəskin ucuzlaşdı
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
Ən çox oxunanlar
Tramp İranla 2 həftəlik atəşkəsi qəbul etdiyini açıqladı
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib























