“Atəşgah Həyat” iri sığorta ödənişləri həyata keçirib
Azərbaycan sığorta bazarının liderlərindən biri “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” şirkəti 2018-ci ilin birinci yarimilliyi ərzində İpoteka həyat sığortası və İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə bir sıra iri ödənişlər həyata keçirib.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, ipoteka həyat sığortası üzrə sığorta olunan şəxs arteriyaların emboliyası və trombozu səbəbilə vəfat etmiş, nəticədə həmin şəxsin ipoteka krediti üzrə 20 967 AZN məbləğində sığorta ödənişi “Atəşgah Həyat” SŞ tərəfindən həyata keçirilmişdir. İpoteka krediti üzrə həyat sığortası olan digər şəxsə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə birinci dərəcəli əlillik təyin edilməsi səbəbindən şirkət sığorta olunana ipoteka krediti üzrə 26 917 AZN ödəniş etmişdir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Bundan əlavə, eyni dövr ərzində istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə sığortalanan elektrik mühəndisinin elektrik xətlərinin təmiri zamanı cərəyan vurması nəticəsində vəfatı hadisəsinə görə faydalanan şəxslərə ümumilikdə 41 784 AZN məbləğində sığorta ödənişi edilmişdir. Şirkət həmçinin tikintidə çalışan və istehsalat qəzası nəticəsində vəfat etmiş şəxsin faydalanan şəxslərinə 12 130 AZN ödəniş etmişdir.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















