HR Forum keçiriləcək
Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan İnsan Resursları Cəmiyyəti, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), ADA Universitetinin dəstəyi ilə “İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri” mövzusunda HR Forum keçiriləcəkdir.
Forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılmasına təkan verməkdir.
Forum 15 sentyabr 2018-ci il tarixində ADA Universitetində baş tutacaqdır. Qeydiyyat saat 09:30-dan etibarən başlayır.
Bir sıra fərqli təşkilatlarda fəaliyyət göstərən HR menecerlər, HR mütəxəssislər, HR sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər, məsləhətçilər və HR sahəsində ixtisaslaşmaq istəyən vətəndaşları bir araya gətirən Forumda bu sahədə ən qabaqcıl Azərbaycan təcrübələrinin müzakirə edilməsi nəzərdə tutulur.
2 paneldən ibarət olacaq Forumda iştirak etmək üçün keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























