“Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçiriləcək
Londonda fəaliyyət göstərən BL Network şirkəti 21 sentyabr 2018-ci il tarixində Bakıda “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans təşkil edəcəkdir.
Tədbirin spikerləri rəqəmsal iqtisadiyyat sahəsində uğura imza atan həm xarici, həm də yerli qonaqlar olacaq. Konfransın əsas mövzularına blokçeyn - kriptovalyuta, elektron ticarət, özünü məşğulluq və kroudfanding-kroudinvesting daxildir.
Konfransın ikinci hissəsində çıxışlarla yanaşı, gənclərə rəqəmsal iqtisadiyyatın yaratdığı imkanlardan istifadə edərək, öz ideyalarını gerçəkləşdirməyin yolları, toxum və vençur fondlarından istifadə edərək, maliyyə cəlb etməyin yolları müzakirə ediləcək. İnteraktiv qaydada, keyslər və simulyasiyalar əsasında təşkil ediləcək təlimin işçi dili ingilis dilidir.
Bakı Ali Neft Məktəbinin binasında keçiriliəcək konfransın yerli partnyoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.
Konfransda iştirak ödənişsiz olsa da, yerlər məhduddur. İştirak etmək üçün, http://conference2018.blnetworking.org/ saytına daxil olub qeydiyyatdan keçmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























