"Dollardan imtina edək" bəyanatı ideoloji mesajdır"
Dollardan imtina mümkündürmü? Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur. Bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdürsə indi Türkiyədən dollardan imtinaya daha çox çağrışlar var.
Tanınmış iqtisadçı Vüqar Bayramov bildirib ki, əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuz nəticələnib:
"Hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır. Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır. Strateji məhsulların da yalnız dollar ilə satıldığını nəzərə alsaq ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegomonluğunu qoruyub saxlayır. Amma dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegomunluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur.
Məsələn ondadır ki, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Hətta ölkələr milii valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələrdə belə öz pullarını dollara üzərindən konvertasya etməlidirlər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payı azaltmaq istəsələr də belə alternativ olaraq avrodan istifadə ediməlidir. Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil. Bu baxımdan, hələlik dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. Bu baxımdan, inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla “dollara qarşı mübarizə” apara bilərlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
















.jpg)



