Neftin qiyməti tropik fırtına ilə 80 dollara yaxınlaşdı
ABŞ-da körfəz sahilini vurması gözlənilən fırtına təhdidi ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir.
"Marja" xəbər verir ki, "Anadarko Petroleum Corp" şirkəti, "Qordon" tropik fırtınasının Luiziana və Mississipi sahil zolağına yaxınlaşması ilə əlaqədar olaraq Meksika körfəzindəki iki platformasında hasilatı dayandırıb və işçiləri təxliyə edib.
Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) istehsalı bu ilin ən yüksək səviyyəsinə qalxıb.
Neft qiymətləri, İran neftinin alıcılarının Noyabr ayında başlayacaq ABŞ sanksiyaları öncəsi alışları azaltmağa başlamaları ilə Avqust ayında təxminən 8 faiz yüksəlib. İnvestorlar OPEC və Rusiya daxil tərəfdaşlarının mümkün kəsiri bağlamaq üçün hasilatı artırıb-artıracaqlarına da baxırlar. Digər tərəfdən, ABŞ-ın körfəz Sahilinə yaxınlaşan fırtınanın da təklifə mənfi təsir edə biləcəyi narahatçılığını artırır.
Analitiklər bildirirlər ki, fırtına mövsümü olduğuna görə, neft qiymətləri asanlıqla yüksələ bilər.
Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə, Qərbi Texas neftinin (WTI) barel qiyməti 71.36 dollara, Brent nefti isə 79.69 dollara yüksəlib. Bu gün qiymətlər təxminən 2%-ə yaxı artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























