Kartofa gömrük rüsumu 2 dəfə artırıldı
Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
“Marja”nın məlumatına görə, dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.
““Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “0701 90 500 0” və “0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin”, - qərarda deyilir.
Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən bu qərar verilib.
Bu qərar dərc edildiyi gündən ( 05.09.2018) qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.
Qərar "təzə, yanvarın 1-dən iyunun 30-dək" və "digər" mal nomenklaturası üzrə idxala şamil olunur.
Qərardan sonra, xaricdən gətirilən kartofun bahalaşacağı gözlənilir.
|
|
|
|
XİF MN üzrə kod | Mal mövqelərinin adları | Əlavə ölçü vahidi | Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) |
1 | 2 | 3 | 4 |
0701 | Təzə və ya soyudulmuş kartof: |
|
|
0701 10 000 | – toxumluq: |
|
|
0701 10 000 1 | – – mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə | – | 0 |
0701 10 000 9 | – – digər aylar üzrə | – | 15 |
0701 90 | – digər: |
|
|
0701 90 100 0 | – – nişasta istehsalı üçün | – | 15 |
| – – digər: |
|
|
0701 90 500 0 | – – – təzə, yanvarın 1-dən iyunun 30-dək | – | 30 |
0701 90 900 0 | – – – digər | – | 30 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)


