Bitki yağlarının qiymətləri 3 ilin ən aşağı səviyyəsinə düşüb
Qərzaq qiymətləri avqustda sabit qalıb.
Qlobal ərzaq qiymətləri avqustda aylıq müqayisədə dəyişiklik göstərməyib, illik müqayisədə isə 5,4 faiz geriləyib.
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini göstərən Ərzaq Qiymətləri İndeksi, avqustda əvvəlki ayla müqayisədə dəyişməyib və 167,6 bənddə qalıb. İndeks, ötən ilin eyni ayı ilə müqayisədə 5,4 faiz düşüb.
"Marja" xəbər verir ki, taxıl qiymətlərindəki artımla bərabər, bitki yağları və şəkər qiymətlərinin aşağı düşməsi qlobal ərzaq qiymətlərini bərabərləşdirib.
Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymətləri İndeksi, avqustda bir əvvəlki aya nisbətən 4% artıb. Sözügedən artıma buğda və qarğıdalı qiymətlərində artım səbəb olub.
Bitki Yağları Qiyməti İndeksi, avqustda aylıq müqayisədə göstərdiyi 2,6 faiz azalma ilə 3 ilin ən aşağı səviyyəsinə enib. Palma yağı, soya və günəbaxan yağı qiymətlərində azalma görülüb.
Süd Məhsullarının Qiymət İndeksi, avqustda bir əvvəlki aya nisbətən 1,5 faiz geriləyib.
Eyni dövrdə, Şəkər Qiyməti İndeksi 5,4 faiz azalma qeyd edib.
Ət Qiyməti İndeksi isə avqustda aylıq müqayisədə dəyişiklik göstərməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
10 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















