Bal yarmarkası keçiriləcək - TARİX
"Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.
Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.
- Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr
- Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr
- Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr
- Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr
- Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr
- Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
- Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr
- Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr
Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























