"Fermerlər xidmətlərimizdən yararlanaraq keyfiyyətli məhsullar təklif edə bilərlər"
Rəşad Vahabzadə: “Bitki analizləri sayəsində fermerlər istehlakçıya keyfiyyətli məhsul təqdim edəcəklər”
Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadənin müsahibəsi
- Rəşad müəllim, regional aqrokimya laboratoriyalarının fəaliyyəti hansı prossedurlar əsasında təmin edilir?
- Regional aqrokimya laboratoriyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində 11 inzibati ərazi bölgüsündə Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən bu laboratoriyaların idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb.
- Hazırda hansı regionlarda aqrokimya laboratoriyaları fəaliyyət göstərir?
- Hazırda Bərdə, Göygöl, Quba, Salyan, Sabirabad, Samaxı, Tovuz, Ucar regional aqrokimya laboratoriyaları fəaliyyət göstərir. Səki və Abşeron regional aqrokimya laboratoriyalarının isə cari ilin oktyabr ayına kimi fəaliyyətə başlayacagı nəzərdə tutulub. Qeyd edim ki, Quba və Bərdə regional agrokimya laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, cihaz və avadanlıqların quraşdırılması istiqamətində işlər başa çatdırılıb və laboratoriyalar istismara buraxılıb. Lənkəran, Şəki, Salyan və Sabirabad laboratoriyalarının yenidən işə salınması məqsədi ilə alınması nəzərdə tutulan cihazlar sifariş verilib. Laboratoriyaların fəaliyyəti İSO/17025-2009 standartının tələblərinə uyğun formalaşdırılır. Laboratoriyalarda texniki və idarəetmə menecmenti qurulub. Analizlərin aparılmasında müasir innovativ sınaq metodları tətbiq olunur. Sınaqlarda qeyri-müəyyənliyin təyin olunması istiqamətində proseduralara əməl olunur. Bu istiqamətdə sınaqların həqiqiliyinin təsdiq olunması üçün peşəkarlığın artırılmasını və keyfiyyət analizlərinin həyata keçirilməsini təşkil edən beynəlxalq şirkətlərdə qeydiyyat aparılıb və cari ilin sonunda aparılacaq analiz raundlarında laboratoriyalarımız da iştirak edəcək. Əldə ediləcək nəticələrə uyğun olaraq laboratoriyalarımızda akkreditasiya sahəsi müəyyən olunacaq. İştirak edəcəyimiz raundlar torpaq, su və bitki analizləri üzrə olacaq.
- Bu laboratoriyalar fermerlərə hansı xidmətləri təklif edirlər? Göstərilən xidmətlər müqabilində ödənişlər hansı tarif əsasında həyata keçirilir?
- Regional aqrokimya laboratoriyaları fermerlərə torpağın məhsuldarlıq göstəricilərinin, torpağın fiziki göstərcilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini təklif edir. Göstərilən xidmətlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 18 iyul 2018-ci il tarixli 87 nömrəli əmri ilə təsdiq olunmuş tarif qiymətlərinə əsasən aparılır. Həmçinin, laboratoriyaların kadr təminatının təşkil edilməsi ilə əlaqədar bir sıra işlər həyata keçirilib. Belə ki, işə götürülən texniki heyət elmi-praktiki təlimlərdə iştirak ediblər. Regionlar üzrə kadr təminatı formalaşdırılıb və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlər aparılıb. Sözsüz ki, laboratoriyalarda kadr hazırlığı və təlimlərin təşkili daim diqqət mərkəzində saxlanılır. Müasir innovativ metodların tətbiq olunması daimi olaraq təlimlərin aparılmasına vüsət verir. Texniki heyət nümunələrin götürülməsi, sınaqların aparılması üzrə təlimlərdə iştirak ediblər.
- Aqrokimya laboratoriyaları ölkədə aqrar sahənin inkişafı üçün hansı töhfələr verəcək?
- Regional aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün çox böyük önəm daşıyır. Aqrokimyəvi tədqiqatların nəticəsində qabaqlayıcı tədbirlərin aparılması mümkün olur, fermerlər hansı məhsul qrupunun əkəcəyini müəyyən edir, gübrələmə normalarını düzgün seçir və sonda keyfiyyətli bol məhsul əldə edir. Torpağın və bitkinin fiziki-kimyəvi analizi, pestisidlərin qalıq miqdarının təyin olunması qida sağlamlığının qorunmasında vacib amillərdən biridir. Fermerlər bu xidmətlərimizdən yararlanaraq istehlakçılara keyfiyyətli və təhlükəsiz məhsul təklif edə bilərlər.
- Bəs bu laboratoriyaların cəmiyyətdə tanıdılması və geniş təbliğ olunması istiqamətində hansı işləri görülür? Bununla bağlı hansı planlar hazırlanıb?
- Aqrokimya laboratoriyaların PR və marketinq sahəsinin formalaşdırılması və qurulması istiqamətində hazırlıq işlərinə başlanılıb. Hazırda müştəri bazasının formalaşdırılması, xidmətlərin daxili bazarda həcminin hesablanması, xidmət sahələrinin keyfiyyətinə nəzarət sisteminin formalaşdırılması, reklam və tanıtma çarxlarının, bukletlərin hazırlanması, fermer təsərrüfatları ilə görüşlərin keçirilməsi, sosial şəbəkələrdə aktivliyin formalaşdırılması, kütləvi informasiya vasitələri ilə təbliğat və təşviqat işlərinin təşkili prosesi gedir.
- Aqrokimya laboratoriyalarının fəaliyyətinin aqrar sektora nə kimi təsiri göstərəcək?
- Aqrokimya laboratoriyalarının fəaliyyəti nəticəsində aqrar sektor daha geniş profillə fəaliyyət göstərəcək. Belə ki, əkinə yararlı torpaqlardan düzgün istifadə olunmaqla, keyfiyyətli və təhlükəsiz məhsul artımı baş verəcək. Eyni zamanda əkinə yararsız torpaqlar müayinə olunaraq yararlı vəziyyətə gətiriləcək. Suvarma suları və onların mənbələrinin monitorinqi nəticəsində keyfiyyətli suvarma suları monitorinqə uyğun olaraq qruplaşacaq və fermerlər sudan düzgün istifadə qaydalarına riayət edərək vəsaitlərinə qənaət etmiş olacaqlar. Bitki analizləri sayəsində istehlakçıya keyfiyyətli və təhlükəsiz məhsul təqdim edəcəklər və bütün bu proseslərin sonunda dayanıqlı sabit marketinq idarəetməsini formalaşdıracaqlar. Keyfiyyətli məhsul istehsalı respublikanın ixrac əməliyyatlarında dayanıqlı inkişaf reformasının və proseslərin stimullaşdırılmasına gətirib çıxaracaq. Bunun sayəsində fermerlər vəsaitlərin düzgün istiqamətdə yönəltməklə böyük gəlirlər əldə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
9 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!






















