"İnsanlar zamin tapmaqda çətinliklə rastlaşırlar"
Son dövrlərdə insanlar kredit götürərkən zamin tapmaqda çətinlik çəkir. "Bu nə ilə bağlıdır, ümumiyyətlə, zamin durmaq üçün hansı şərtlər tələb olunur?" suallarını, Rabitəbankın Riteyl Kreditlərinə rəhbərlik edən Fəxri Bağıyev cavablandırıb.
"İlk növbədə onu qeyd edim ki, Rabitəbank təkcə zaminlə kredit vermir. Əgər müştəri ödəniş qabiliyyətlidirsə və gəlirliliyə aid təqdim etdiyi sənədlər daxili prosedurlara uyğundursa o, 3-5 min manatadək zaminsiz kredit ala bilər. Əgər müştərinin əmək haqqısı nisbətən yüksəkdirsə və kredit öhdəliyi nisbətən azdırsa eyni qaydada 5 min, hətta 10 min manatadək də zaminsiz kredit ayırırıq. Qeyd etdiyiniz kimi, son dövrlərdə insanlar zamin tapmaqda müəyyən çətinliklə rastlaşırlar. Çünki zamin duran şəxslər özləri də bu və ya digər banklardan kredit götürmək istədiyinə görə kiməsə zamin olmaq istəmir. Zamin durulan zaman avtomatik borc yükü yaranır və özləri kredit götürəndə borc yükünə görə müraciətlərinə imtina cavabı verilə bilər. Ona görə biz zaminsiz kreditləşmənin sayını artırırıq.
Zamin durmaq üçün tələb olunan şərtlərə gəlincə isə deyə bilərəm ki, bu şərtlər borcalanla demək olar ki, eynidir. Zaminə qarşı tələblərdə müəyyən güzəştlərə də gedirik. Maliyyə Bazarlarına Nəzarət Palatasının və bankların öz daxili prosedurlarına uyğun qaydalar var. Bu qaydalardan kənara çıxmayaraq borc alanın və zamin duran şəxsin ödəniş qabiliyyəti yoxlanılır.Orta hesabla götürdükdə, zaminin ödəniş qabiliyyəti borc alanın ödəniş qabiliyyəti kimi olmalıdır. Çünki kredit götürən müştəri kreditin ödənişində çətinlik çəkərsə, yaxud işdən çıxarsa və ya proses digər səviyyəyə gəlib çatarsa, zaminin olması vacibdir ki, ödənişi o davam etsin".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Banco
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 19 d. əvvəl
-
-
46 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 48 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub




















.jpg)



