İqtisadçıdan Palataya tövsiyə - GİROV VƏ RÜSUMLAR YÜKSƏKDİR
2016-ci ilin əvvəllərində qapadılan valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlanması ilə bağlı qanunverici aktın qəbul edilməsindən 1 il və eləcə də bu məntəqələrin işləmə mexanizmlərinin müəyyənləşdirilməsindən yarım ildən çox zaman keçməsinə baxmayaraq hələ də valyuta satışı ilə yalnız banklar məşğul olur. Səbəb nədir?
Bununla bağlı tanınmış iqtisadçı Vüqar Bayramov "Facebook" səhifəsində yazıb ki, əvvəlla, 2016-cı ildə qeyd etdiyimiz kimi, bütün valyuta dəyişmə məntəqələrinin bağlanması düzgün addım deyildi:
"Sadəcə bir faktı qeyd etmək lazımdır ki, bu məntəqələrin o zaman bağlanması 6 min iş yerinin qapanmasına səbəb oldu. İkincisi, valyutadəyişmə məntəqələrinin yenidən formalaşmamasının əsas səbəbi bu obyektlərin yaradılması üçün tələb olunan depozitin məbləğinin kifayət qədər böyük olmasıdır. Belə ki, valyuta dəyişmə məntəqəsiyaratmaq üçün girova ehtiyac var. Lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Əvvəllər də qeyd etdiyimiz kimi, belə yüksək depozit rəqəminin necə hesablandığı aydın deyil.
Eyni zamanda, valyuta dəyişmə məntəqəsinin açılması üçün 500 manat da dövlət rüsumu tələb olunur. Halbuki, bu prosesə kiçik və orta sahibkarlar cəlb edilməlidir və onların da belə böyük məbləğdə vəsaiti passivləşdirməsi yəni, istifadə edə bilməməsi anlaşılan deyil.
Üçüncüsu, valyutadəyişmə məntəqələrinin fəaliyyəti üçün təklif edilən yerlər də sahibkarlar üçün heç də münasib olmadır. Mövcud qaydalar çərçivəsində tələblər kifayət qədər ağır olduğu üçün sahibkarlar tərəfindən bəzi hallarda belə yerlərin tapılması ilə bağlı çətinliklər yaranır. Bu da təbii ki, valyutadəyişmə məntəqələrinin açılmasını uzadır. Təbii ki, məntəqələrin açılmasını gecikdirən digər əhəmiyyətli məqam valyuta bazarında aktivliyin aşağı olmasıdır.
Bütövlükdə valyuta bazarında əvvəlki dövrdən fərqli olaraq məzənnənin demək olar ki, dəyişməməsidir. Bu hal isə valyutadəyişməsi ilə məşğul olanlar üçün rentabelliyi azaldıb. Lakin bütün hallarda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasına ehtiyac var. Bu məntəqələrin bərpa edilməsi valyuta bazarında rəqabətin formalaşması üçün vacibdir.
Eyni zamanda məntəqələrin fəaliyyətinin bərpası şənbə-bazar, bayram günlərində yerli və xarici qonaqların valyuta dəyişmək imkanlarının yaranması baxımından da önəmlidir. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq daha da azalar.
Valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması üçün nələrin edilməsinə ehtiyac var? Əvvəlla, valyutadəyişmə məntəqəsinin yaradılması üçün yalnız dövlət rüsumunun tələb olunması və depozit məbləğinin ləğv edilməsi məqsədə uyğundur. Depozitin tamamən ləğv edilməsinə ehiyac var. İkincisi, valyuta dəyişmə məntəqələrinin formalaşması nexanizmlərinin yumşaldılmasına və xüsusən də yer, sahə və digər texniki kriteriyalar üzrə daha yüngül şərtlərin tətbiqinə ehtiyac var. Üçüncüsü, xarici valyutanın alqı-satqısının daha da liberlaşması vacibdir".
Əlavə edək ki, Palatadan dəfələrlə bildirilib ki, gecikmənin səbəbi bu məntəqələrin fəaliyyətini tənzimləyən hüquqi aktlarının bir hissəsinin qüvvəyə minməməsidir. Bu sənədlər qüvvəyə mindikdən sonra belə məntəqələrin açılması üçün müraciətlərin qəbulu və onlara lisenziyaların verilməsinə başlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












