“SOCAR”ın yeni zavodu ixraca başlayır
Bu gün “SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki Polipropilen Zavodunun məhsullarının ölkədən ixracına başlanılır.
Bunu "SOCAR Polymer"in baş direktoru Fərid Cəfərov bildirib.
O qeyd edib ki, ilkin olaraq 170 ton məhsulun Türkiyə bazarına ixracı nəzərdə tutulub. Zavodun ixrac həcminin ilin sonuna qədər 15 min tona çatdırılması planlaşdırılır.
F.Cəfərovun sözlərinə görə, indiyə qədər zavodda 6 min tona yaxın polipropilen istehsal edilib. O, "SOCAR Polymer" layihəsinin uğurla həyata keçirilməsində dövlətin və ilk məhsulun uğurla ixracında "SOCAR Trading" şirkətinin rolunu qeyd edib: "Bu layihənin uğurla həyata keçirilməsi, ilk növbədə, dövlətin dəstəyi ilə oldu. Dövlətin vergi güzəştləri, infrastruktur dəstəyi sayəsində layihənin icrasında 200 mln. manata qənaət etməyə imkan yaranıb. Bu gün həyata keçirilən ilkin satışı da nəzərə alaraq SOCAR-ın ticari dəstəyini xüsusi vurğulamaq lazımdır. Bildiyiniz kimi, SOCAR-ın ticarət şirkəti "SOCAR Trading" yarandığı gündən indiyədək Azərbaycan neftinin digər markalı neftlərə, o cümlədən "Brent" neftinə nisbətən qiymətini artıraraq ölkə büdcəsinə, təqribən, 1,5 mlrd. ABŞ dolları əlavə gəlir gətirib. Biz də "SOCAR Polymer" olaraq böyük mərkəzləşmiş treydinq sisteminin parçası olmağın əhəmiyyətini görürük. Məlum olduğu kimi, yeni istehsalçılar, xüsusən də polimer istehsalçıları məhsullarını bazara çıxararkən bazar payı əldə etmək üçün ilkin olaraq məhsullarını 10-15% ucuz satmalıdırlar, lakin bizim məhsul ilk partiyadan başlayaraq orta bazar qiyməti ilə satılacaq və uzun müddətdə 100 mln.larla dollar əlavə gəlir gətirəcək".
F. Cəfərov Türkiyə ilə yanaşı gələcəkdə məhsulların Rusiya, Avropa,Ukraynaya ixracının da nəzərdə tutulduğunu əlavə edib.
Xatırladaq ki, bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen Zavodunun açılışı olub.
Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda genişçeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır.
“SOCAR Polymer”in Polipropilen Zavodunda bazar araşdırmasına əsasən, əsas 19 markada və 3 növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) polipropilen məhsulu istehsal olunacaq.
Polipropilen Zavodunun EPC (Mühəndislik, satınalma və tikinti) podratçısı İtaliyanın "Maire Tecnimont" şirkətidir. "SOCAR Polymer" şirkəti ilə "Tecnimont" şirkəti arasında Polipropilen Zavodu layihəsi üzrə Sabit Qiymətli EPC ilə bağlı Anlaşma Memorandumu 2015-ci il aprel ayında Bakıda imzalanıb. Müqavilənin ümumi dəyəri, təxminən, 350 mln. avrodur. Polipropilen Zavodu İtaliya şirkəti tərəfindən “Açar təslimi” əsasında inşa edilib.
Polipropilen istehsalı qurğusunun lisenziarı "Lyondell Basel" şirkətidir. Polipropilen istehsalında istifadə olunan texnologiya bu şirkətə məxsus “Spheripol” texnologiyasıdır.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























