“Yaşıl çay” tritikale əkininə başlayıb
Oktyabrın 4-də “Yaşıl çay” FT MMC-nin kollektivi tritikale əkininə başlayıb.
“Yaşıl çay”ın məlumatına görə, çoxprofilli təsərrüfatda çayçılıqla yanaşı, ölkəmizin ərzaq təhlükəsizliyində mühüm rol oynayan heyvandarlığın inkişafına da ciddi diqqət yetirilir. 300 başdan artıq iribuynuzlu heyvanın saxlandığı fermanın yemlə təmin olunması üçün təsərrüfat ənənəvi yemlərlə yanaşı, daha səmərəli qüvvəli yem növlərinin tədarükünə də xüsusi maraq göstərir.
Bu məqsədlə kollektiv 2017-ci ildə ilk dəfə olaraq sınaq məqsədilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər bölgə təcrübə stansiyasında alınmış “Ləyaqət” və “Samur” sortundan istifadə etməklə əkin keçirib.
Tritikale nədir?
Tritikale buğda və çovdarın hibrididir. Özündə buğdaya və çovdara xas olan müsbət irsi əlamətləri birləşdirilmişdir. Buğdadan sünbülün (sünbülcüklərin) çiçəkliyini, dənin keyfiyyətini və iriliyini: çovdardan isə şaxtaya davamlılığı, güclü kollanmağı, sünbülün uzunluğunu, sürətlə inkişaf etməyi, göbələk xəstəliklərinə davamlı olmaq kimi müsbət əlamətləri özünə keçirmişdir. Dənində 15-18 faiz zülal olur. Buğdaya nisbətən zülalı 1-1,5 faiz, çovdara nisbətən isə 3-4 faiz artıq olur.
Təsərrüfatın rəhbəri Araz Yaqubovun dediyinə görə, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər bölgə təcrübə stansiyasından aldığımız elit tritikale sortu yüksək məhsuldarlığı ilə diqqəti cəlb edib. Belə ki, keçən il hər hektardan 45 sentner məhsul götürdük. Qərara aldıq ki, keyfiyyətcə arpadan geri qalmayan, məhsuldarlığına görə isə onu qat-qat üstələyən tritikale əkin sahələrini bu il daha da artıraq.
Hazırda səpin gedən sahələrdə olduq. Burada təsərrüfatın icraçı direktoru Elşad Yaqubovla görüşdük. O, tritikale əkini ilə bağlı məlumat verərək bildirdi ki, artıq 8 hektara yaxın sahə bu məqsədlə hazır vəziyyətə gətirilib. Bu gündən başlayaraq səpinə başlamışıq. Havalar imkan verərsə, qısa müddətdə nəzərdə tutduğumuz səpin işlərini başa çatdıracağıq.
Qeyd edək ki, alimlərin tədqiqatlarına görə tritikale həqiqətən məhsuldar, xəstəliyə davamlı, daha az sahədə bol məhsul verən taxıl növüdür. Ona görə də heyvandarlıqla məşğul olan aztorpaqlı təsərrüfatçıların tritikale əkininə üstünlük verməsi daha məqsədəuyğun sayılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























