Azərbaycan şirkətləri Qətərdə razılaşdılar
Azərbaycan məhsulları oktyabrın 8-10 tarixlərində Qətərin Doha şəhərində keçirilən “Birinci Beynəlxalq Məhsullar” təqdim olunub. 18 Azərbaycan şirkətinin məhsullarının nümayiş olunduğu stendlər xarici şirkətlər və ziyarətçilərin böyük marağına səbəb olub, ixraca dair razılaşmalar əldə olunub.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, sərgi çərçivəsində “Azersun Holding” şirkəti “Al Meera”, “Carrefour” və “Lulu” ticarət şəbəkələri ilə məhsullarının satışına dair razılıq əldə edib. Azərbaycanın “Rəmzi-S” MMC şirkəti ilə “Woodworks”, “New Tech Contracting”, “Golden Opportunity Trad and Contracting”, “ABM”, “K.M. contracting” şirkətləri ilə Sobsan boyalarının satışına dair razılığa gəlinib. “Şirin” MMC şirkəti məhsullarının Qətərin böyük marketlər şəbəkəsində satışına dair danışıqlar aparıb.
Azərbaycanın “Amoris” MMC şirkətinin məhsulları da xarici şirkətlərin marağına səbəb olub. Belə ki, Qətərin “Salamis”, “Red Colt Co”, “Al wabra Farm” şirkətləri ilə məhsulların ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Bundan başqa, “Gilan Holding” və “Buta Agro” şirkətləri də Qətərə məhsul ixracına dair müvafiq razılığa gəliblər.
Azərbaycanın “M studio” dizayn şirkəti Qətər şirkətlərinin inzibati binalarında və şəxsi mənzillərdə dizayn xidmətlərinin həyata keçirilməsinə dair sifarişlər alıb. Qətər dövlətinin Memarlar İttifaqı tərəfindən şirkətə İttifaqa üzv olmaq təklif olunub.
Qeyd edək ki, qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri “Birinci Beynəlxalq məhsullar” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə fərdi qaydada iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








