Bu gün Ərdoğan və Əliyev nəhəng zavodu rəsmən işə salacaqlar
Bu gün İzmirdə Azərbaycanın xaricdə ən böyük investisiya layihəsinin açılışı qeyd ediləcək
Türkiyədə real sektorun bir nöqtəyə yatrırdığı ən böyük investisiya layihəsi olan STAR neftayırma zavodu bu gün rəsmən işə düşür. Layihə Azərbaycanın SOCAR şirkətinə məxsusdur.
"Marja" xəbər verir ki, Türkiyənin neft məhsulları ehtiyacının 25%-ini təkbaşına qarşılayacaq STAR neftayırma zavodu, illik 10 milyon ton xam neft emalı gücünə malikdir.STAR zavodunda ildə 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, Türkiyədə cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi neft məhsullarının da istehsalı həyata keçiriləcəkdir. STAR neftayırma zavodu, Türkiyənin ən böyük enerji layihələrindən biri kimi neft məhsulları idxalında hər il 1,5 milyard dollar qənaət təmin edəcək.
Zavod, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə bu gün keçiriləcək mərasimlə istehsal fəaliyyətinə başlayır.
6,3 MİLYARD DOLLARLIQ SƏRMAYƏ
"Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Onu da qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star” Neft Emalı Zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb.
SOCAR-ın ötən ay "Rosneft”lə imzaladığı razılaşmaya görə isə, bu ilin dekabr ayından etibarən bir il ərzində "Star” zavodu Rusiyanın 1 milyon ton xam nefti ilə təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.
"Petkim”in xam maddə ilə tələbatının, demək olar ki, hamısını təmin edəcək "Star” zavodu yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. "Star” Neft Emalı Zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton azkükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod tam gücü ilə gələn ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək.
Həmçinin mayeləşdirilmiş neft, qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)




