2 İran şirkəti Azərbaycana yumurta və cücə satacaq - RAZILAŞMA
Xarici ölkələrdən idxal edilən heyvan və heyvan mənşəli məhsulların qida təhlükəsizliyi tələblərinə cavab verməsi, ixracatçı şirkətin heyvandarlıq təsərrüfatının və istehsal müəssisəsinin ölkəmizin idxal tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə İran İslam Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran şəhərində keçirilən növbəti tədbirində Azərbaycanın və İranın müvafiq qurumlarının nümayəndələri arasında razılıq əldə olunub.
İki qonşu ölkə arasında tranzit yükdaşımalar zamanı transsərhəd xəstəliklərlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsində müvafiq beynəlxalq tələblərə uyğun olaraq, ixracatçı subyektlərin qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi məqsədi ilə birgə fəaliyyətə başlanılıb.
Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən İran İslam Respublikasının Gilan vilayətində yerləşən “Morghe Naabe Shomale Gilan Hoirishment Complex” quşçuluq fabrikinin qida təhlükəsizliyi baxımından qiymətləndirilməsi başa çatmış və Təbrizdə yerləşən “Kesht va Sanat va Damparvari Dasht Azenegin” heyvandarlıq kompleksində hazırda qida təhlükəsizliyi baxımından qiymətləndirilmə işləri həyata keçirilir.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Respublikada damazlıq ehtiyaclar nəzərə alınaraq damazlıq yumurta və bir günlük cücələrin İran İslam Respublikasının qeyd edilən müəssisəsindən idxalı barədə razılıq əldə edilib. Bu barədə "Marja"ya Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Ölkəmizə qida məhsulları idxal edən təşkilatların qida təhlükəsizliyi tələbləri üzrə ekvivalentliyinin müəyyən edilməsi istiqamətində Agentlik tərəfindən tədbirlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)

















