"Mitsubishi Electric" və "AUX"un rəsmi distribyutoru "NewCond" sərgidə iştirak edir - FOTOLAR
(®) "NewCond" şirkəti 23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq İstilik, Havalandırma, Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2018” sərgisində iştirak edir.
Şirkət 1997-ci ildən etibarən məşhur Yapon brendi "Mitsubishi Electric", 2017-ci ildən isə Çinin ən nəhəng brendlərindən biri olan AUX kondisionerlərinin rəsmi distribyutorudur. "NewCond" müştərilərə üç satış salonundan keyfiyyətli və peşəkar xidmətlər göstərir.
Hazırda NEWCOND şirkətinin fəaliyyətinin əsas istiqamətləri isitmə, soyutma və havalandırma sistemləridir.
"NewCond" A2216 (Mitsubishi Electric) və A2130 (AUX) nömrəli stendinlərində öz innovativ və yüksək texnoloji məhsullarını təqdim edir. Bunların sırasında ilin ən zövqlü və eleqant yeniliyi olan Premium İnverter MSZ-LN seriyalı Mitsubishi Electric divar tipli kondisionerləri xüsusi yer tutur. Müasir dizaynı və geniş funksionallığı ilə seçilən, +46°C istidə və -20°C şaxtada işləyən LN seriyalı kondisionerlər Avropada ən prestijli sayılan Good Design Award premiyası ilə təltif olunub. "Premium İnverter" seriyası enerjiyə 40% qənaət etməklə 2017-2018-ci ilin ən qənaətçil kondisioneri hesab edilir.
"NewCond" şirkəti 2017-ci ildə AUX brendinin Azərbaycanda ilk və tək rəsmi distribyutoru olaraq, bu brendə aid iqlim avadanlıqlarını ölkə bazarına təqdim etdi. Qısa bir zaman ərzində keyfiyyəti ilə öz yerini tutmuş AUX kondisionerləri bu gün öz sinifinə aid kondisionerlər sırasında rahat funksionallığı, davamlılığı və sərfəli qiyməti ilə ön mövqe tutmaqdadır.
Əlavə olaraq, stendin qonaqları keyfiyyətinə görə dünya liderlərindən biri olan Mitsubishi Electric və AUX brendlərinin digər məişət, sənaye, yarımsənaye kondisionerləri, multi sistem və multizonal VRF sistemləri ilə yaxından tanış olma imkanına malik oldular.
Şirkətin təcrübəli mütəxəssisləri maraqlanan hər kəsə məhsulların texniki özəlliyi haqqında ətraflı məlumat təqdim etməyə hər zaman hazırdırlar. Bu isə öz növbəsində peşəkar məsləhət alma imkanı deməkdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
45 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























