“AtaBank” əmanət faizlərini artırdı - MANAT İLƏ DAHA ÇOX QAZANC
“AtaBank” ASC əmanət faizlərini artırıb. Hazırda “AtaBank”ən yüksək əmanət faizi ödəyən banklardan biridir.
“Marja” xəbər verir ki, hesablanmış faizlər müddətin sonunda götürüldükdə 12 ay üçün əmanət faizi 10.5 %-dən 12,25%-ə qaldırılıb. Qeyd edək ki, indiyədək bazarda 12 ay üçün ən yüksək faiz 12% idi.
Hesablanmış faizlər hər ay götürüldükdə şərti üzrə faiz isə 9,5%-dən 10,25-ə qaldırılıb.
Müddətlər üzrə illik faiz dərəcələri | |||||||||
Əmanətin müddəti | Hesablanmış faizlər hər ay götürüldükdə | Hesablanmış faizlər hər rüb götürüldükdə | Hesablanmış faizlər müddətin sonunda götürüldükdə | ||||||
AZN | USD | EUR | AZN | USD | EUR | AZN | USD | EUR | |
12 ay | 10,25 | 2,5 | 0,75 | 11,25 | 2,75 | 1 | 12,25 | 3 | 1,25 |
25 ay | 12,25 | 3 | 1,25 | 12,75 | 3 | 1,5 | 13,25 | 3 | 2 |
Xəbər verdiyimiz kimi, AtaBank, 25 illiyinə həsr olunan əmanət kampaniyası elan edib.
“25-ci il əmanəti” kampaniyası çərçivəsində, 29.10.2018–28.12.2018-ci il tarixləri arasında “AtaBank”-da əmanət yerləşdirən müştərilər üçün istədikləri hədiyyəni əldə etmək deməkdir!
Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edilir.
Belə ki, AtaBank-da 15 000 AZN, 10 000 USD/EUR-dan yuxarı əmanət yerləşdirən yeni və mövcud əmanətçilər kampaniyada iştirak edərək bu hədiyyələrə sahib ola bilərlər: iPhone X və Xs telefonları, İsma Bikes, Excelsior Hotel, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Garabag Resort & SPA otellərində istirahət və Uludağ / Şarm-Əl-Şeyx / Dubay istiqamətlərinə səyahət paketləri.
Kampaniya yalnız 12 və 25 ay müddətinə (faizlərin ödənişi aylıq, rüblük və ya müddətin sonu) açılan əmanətlərə şamil edilir və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
WhatsApp istifadəçiləri AtaBank-ın WhatsApp əlavəsinə bağlı olan 050 9999136 telefon nömrəsinə yazaraq əlaqə yaradaraq kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
Daha ətraflı: atabank.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 10 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
15 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
16 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























