Dəmir yolunda tarixi hadisə
“Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon xidmətinin rəisi Bəşir Əsədov və texniki-istehsalat şöbəsinin rəisi Əlövsət Nəcəfov Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları Daşımaçılıq təsərrüfatının mühəndisləri ilə birgə tarixi bir hadisəyə imza atıblar.
“Azərbaycan Dəmir Yolları”ndan "Marja"ya daxil olmuş məlumata görə. Azərbaycan dəmir yoluna məxsus olan bir ədəd yarımvaqon Türkiyə dəmir yolunun Qars stansiyasında yerli qatarın tərkibinə qoşulmaqla, Sarıqamış, Ərzurum, Ərzincan, Dibriği, Bostanqaya kimi böyük stansiyalardan keçərək Sivas stansiyasına qədər 8 saatlıq yol qət edib.
"Aparılan testin nəticələrinə görə, Azərbaycan dəmir yoluna məxsus olan yük vaqonları qardaş ölkənin ərazisindən yük daşımalarına cəlb edilə bilər və qarşılıqlı yük mübadiləsində əhəmiyyətli rol oynamaq imkanına malıkdir",- məlumatda deyilir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan dəmir yoluna məxsus yük vaqonları 1520 mm izli yollarda hərəkət edir və Türkiyədə mövcud olan 1435 mm izli yollara daxil olmaq üçün Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 18 d. əvvəl
-
55 d. əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
-
1 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Ən çox oxunanlar
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır
İxracdan ən çox pul qazanan özəl Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər
























