Dünya Bankı Qrupu: Azərbaycan ötən il rekord sayda islahat həyata keçirib
Avropa və Mərkəzi Asiya regionunun ölkələri yerli kiçik və orta müəssisələrin işgüzar fəaliyyəti həyata keçirmə imkanlarını yaxşılaşdırmaq üçün islahatların tempini sürətləndirib.
Bu barədə Dünya Bankı Qrupunun bu gün açıqladığı “Doing Business 2019: Training for Reform” adlı hesabatda bildirilir.
Sənəddə deyilir ki, ötən il regionda biznes mühiti ilə bağlı ümumilikdə 54 islahat həyata keçirilib. Bir il əvvəlki hesabata 43 islahat daxil edilib. Regiona daxil olan 23 ölkənin demək olar ki, hamısında iş yerləri yaratmağa və özəl müəssisələri stimullaşdırmağa kömək edən islahatlar aparılıb.
Regiona “Doing Business” reytinqində ən yüksək mövqe tutan 10 ölkədən 2-si daxildir. Gürcüstan mövqeyini 6-cı yerə qədər yaxşılaşdırıb, Makedoniya isə 10-cu yerdə qərar tutur. Öz göstəricilərini ən çox yaxşılaşdıran ölkələrdən ikisi də bu regiondandır – Azərbaycan və Türkiyə.
“Avropa və Mərkəzi Asiya ölkələri bir daha islahat gündəliyinə sadiqliklərini nümayiş etdiriblər. Məqsəd özəl sektorun inkişafına təkan verilməsi, iqtisadi artım və çiçəklənməni təmin etməkdir”, - deyə “Doing Business” bölməsinin proqram meneceri Santiaqo Kroçi Dovns (Santiago Croci Downes) qeyd edib.
“Öz mövqeyini 25-ci yerə qədər yaxşılaşdırmış Azərbaycan rekord sayda - 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstəricidir. Azərbaycanda elektrik şəbəkəsinə qoşulma daha asanlaşıb və ucuzlaşıb. Müəssisənin şəbəkəyə qoşulması üçün tələb olunan müddət 56 gündən 41 günə düşüb. Eyni zamanda şəbəkə infrastrukturuna investisiyalar həyata keçirilmiş və milli enerji tənzimləyicisi yaradılıb. Tikinti icazələrinin alınması asanlaşdırılıb. Səhmdarların hüquqlarının və ciddi korporativ qərarların qəbulunda rolunun gücləndirilməsi, sahiblik və nəzarət strukturlarının aydınlaşdırılması və daha böyük korporativ şəffaflığın tələb edilməsi ilə minoritar səhmdarların hüquqları gücləndirilib.
Tarixində ilk dəfə ən böyük islahatçı olan Türkiyə 7 islahat həyata keçirmiş və qlobal reytinqdə 43-cü mövqeyə yüksəlib. Minimum ödənilmiş kapital tələbinin ləğv edilməsi ilə Türkiyədə biznesə başlamaq asanlaşdırılıb. Digər təkmilləşdirmələrə sənədlərin elektron emalı, vergilərlə bağlı ödənişlər üzrə daha çox məlumatın təmin edilməsi və kreditlərə çıxışın yaxşılaşdırılması daxildir. Lakin əmlakın başqasına ötürülməsi xərclərinin artması Türkiyədə əmlakın qeydiyyatını çətinləşdirib.
4 islahat həyata keçirən Rusiya 31-ci yerə qalxıb. Rusiyada islahatlara Moskva və Sankt-Peterburqda vergilərin ödənilməsi xərclərinin azaldılması daxildir. Rusiya onlayn gömrük rəsmiləşdiilməsini prioritetləşdirməklə və avtomatik emal üçün tələb olunan müddətin azaldılması ilə beynəlxalq ticarəti asanlaşdırıb. Bundan başqa Rusiyada anbar tikintisi üçün lazım olan bütün icazələrin alınma müddəti 13 gün qısaldılıb.
Gürcüstanda 3 islahat aparılıb. Yeni biznesə başlamaq və müqavilələrin hüquqi tətbiqi asanlaşdırılıb. Lakin əlavə dəyər vergisinin ödənilməsi daha da çətinləşib.
Ümumilikdə regionun ölkələri diqqətlərini daha çox beynəlxalq ticarət və vergilərin ödənilməsinə yönəldiblər. Bu sahələrdə son il ərzində müvafiq olaraq 9 və 8 islahat həyata keçirilib. Əmlakın qeydiyyatı və minoritar səhmdarların qorunması sahəsində region ölkələri ən yaxşı göstəricilərə malikdirlər. Orta hesabla, əmlakın başqasına ötürülməsi üçün zəruri olan bütün prosedurların yerinə yetirilməsinə 20 gün tələb olunur, xərclər usə əmlakın dəyərinin 2,6%-ni təşkil edir. İnkişaf etmiş İƏİT ölkələrində bu göstərici 4,2%-dir.
Amma elektrik şəbəkəsinə qoşulma sahəsində regionun göstəriciləri aşağı olar qalır. Müəssisənin elektrik şəbəkəsinə qoşulması orta hesabla adambaşına gəlirin 325%-ni təşkil edir. İƏİT ölkələrində bu göstərici 64%-dir”, - deyə açıqlamada qeyd olunub.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























