6 sığorta şirkətində tənəzzül - SİYAHI
Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatdan məlum olur.
Hesabata əsasən, ötən 9 ayda yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 395 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 25 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Atəşgah Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 9 ayda 28,577 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,6% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Bakı Sığorta" ASC-dədir. Bu şirkət 8 ay ərzində 709 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 34,1% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 6,1% azalaraq 15,686 milyon manata düşüb.
Ötən ilin 9 ayı ilə müqayisədə yığımlar “İpək Yolu Sığorta”da 6%,“Qala Həyat” Sığortada 13%, “AXA MBASK” Sığortada 16%, “Günay Sığorta”da 26%, “AZSIĞORTA”da 27%, “Bakı Sığorta”da 34,1% azalıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
10 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 11-nin ödənişləri azalıb.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 1,39 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta"dır. Bu şirkətin ödənişləri ötən 9 ayda 5,695 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,2% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Amrah Sığorta" ASC-dədir. Bu şirkət 9 ay ərzində 51 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 11,8% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 67,4% azalaraq 12,558 milyon manata düşüb.
Sığorta haqqı yığımlarının illik dinamikası renkinqi (yanvar-sentyabr, 2018)
Sığorta şirkəti Dinamika
1.“Amrah Sığorta” 25,02 dəfə artım
2."Naxçıvansığorta" 2,89 dəfə artım
3.“Rəvan Sığorta” 2,77 dəfə artım
4.“Paşa Həyat Sığorta” 86%
5.“AtaSığorta” 72%
6."AzərSığorta" DŞ 68%
7.“Atəşgah Həyat” Sığorta 60%
8.“Qala Sığorta” 54%
9.“Meqa Sığorta” 54%
10.“A-Qroup Sığorta Şirkəti” 38%
11.“Paşa Sığorta” 16%
12.“Azərbaycan Sənaye Sığorta” 15%
13.“Xalq Sığorta” 8%
14.“Standard Insurance” 4%
15.“Atəşgah” Sığorta 3%
16.“İpək Yolu Sığorta” -6%
17.“Qala Həyat” Sığorta -13%
18.“AXA MBASK” Sığorta -16%
19.“Günay Sığorta” -26%
20.“AZSIĞORTA” -27%
21.“Bakı Sığorta”-34%
Sığorta ödənişlərinin illik dinamikası renkinqi (yanvar-sentyabr, 2018)
1 | “Qala Sığorta” ASC | 6,95 dəfə artım |
2 | “Günay Sığorta” ASC | 3,47 dəfə artım |
3 | “AtaSığorta” ASC | 2,12 dəfə artım |
4 | “Paşa Həyat Sığorta” ASC | 54,09%% |
5 | “Atəşgah” Sığorta Şirkəti ASC | 26,25% |
6 | Dövlət Sığorta Kommersiya Şirkəti | 19,35% |
7 | “Meqa Sığorta” ASC | 11,88% |
8 | “Paşa Sığorta” ASC | 5,66% |
9 | “A-Qroup Sığorta Şirkəti” ASC | 0,17% |
10 | “AZSIĞORTA” ASC | 0,62% |
11 | “Amrah Sığorta” ASC | -12,06% |
12 | “Qala Həyat” Sığorta Şirkəti ASC | -21,30% |
13 | “AXA MBASK” Sığorta Şirkəti ASC | -23,96% |
14 | “Xalq Sığorta” ASC | -24,95% |
15 | “Bakı Sığorta” ASC | -26,76% |
16 | “Azərbaycan Sənaye Sığorta” ASC | -34,48% |
17 | “Standard Insurance” ASC | -1,75 dəfə azalma |
18 | “Rəvan Sığorta” ASC | -1,80 dəfə azalma |
19 | “İpək Yolu Sığorta” ASC | -1,89 dəfə azalma |
20 | "Naxçıvansığorta" ASC | -2,42 dəfə azalma |
21 | “Atəşgah Həyat” Sığorta Şirkəti ASC | -3,07 dəfə azalma |
| Yekun | -0,88% |
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"























