Avro 1.15 dollara kimi bahalaşa bilər - GÜNƏ BAXIŞ
Amerika hökümətinin həyata keçirtdiyi proteksioniz siyasətinin ölkəyə fayda verəcəyi xəbərlərinin yayılması, investorların diqqət mərkəzindədir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir həftədir ucuzlaşmaqda davam edir. Buna səbəb Amerika iqtisadiyyatında inkişaf dinamikasının zəifləyə biləcəyi ehtimallarıdır.
Lakin bazar ertəsi ABŞ ilə Çin arasında ticarət müharibasində ABŞ-ın daha çox qazanması ilə bağlı xəbərlərin yayılmasından sonra dolların ucuzlaşması dinamikası zəifləyib və yenidən bahalaşa biləcəyi proqnozları güclənib.
ABŞ ilə Çin arasında son doqquz ay ərzində həyata keçirilməyə başlanılan proteksionizm siyasəti nəticəsində dünya bazarlarında ABŞ-ın kənd təsərrüfatı məhsullarına, xüsusilə də soya üçün yeni alıcınn tapılması fonunda narahtlıqlar mövcud idi. Blumberq agentliyinin bazar ertəsi verdiyi məlumatlara əsasən, Vyetnam ABŞ məhuallarına maraq göstərməyə başlayıb və okeyanlarda olan ticarət gəmiləri son bir neçə həftədir marşrutlarını dəyişirlər. Bu, ümumilikdə dünya bazarında ticarət axının dəyişməsinə işarədir.
Bugünə kimi ABŞ-ın xarici ticarət ilə bağlı açıqlanan statistik məlumatlarında, Çinin ABŞ-a asanlıqla məhsul idxal edildiyi göstərilsə də mütəxəssislər mənzərənin getdikcə Çinin əleyhinə dəyişdiyini vurğulayırlar. İdxal şirkətləri gömrük rüsumlarının arta biləcəyi gözləntiləri ilə Çin məhuslları ilə özlərini təmin etdikləri üçün bu, özünü statistik məlumatlara müsbət tendensiya kimi göstərir. Lakin gələcəkdə vəziyyət zamanla dəyişəcək, çünki Çin məhsullarının qiymətləri bahalaşmaqdadır və 4.5%-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
İqtisadi araşdırmalar institutu "Ifo"-nun da açıqladığı hesablamalara əsasən, ABŞ-ın gömrük gəlirləri 22.5 milyard dollara kimi arta bilər. Eyni zamanda, gömrük rüsumları artırılan idxal məhsullarının 37% və beləliklə, ABŞ-ın Çin qarşısında ticarət defisiti də 17%-ə kimi azala biləcəyi gözlənilir. ABŞ-ın məhsullarına tələb isə 10%-ə kimi azala bilər.
Qeyd etmək lazımdır ki, Çin ABŞ-dan idxal olunan kənd təsərrüfatı məshullarına, ABŞ isə öz növbəsində Çindən idxal olunan çap avadanlıqlar, batareyalar və günəş panelləri (250 milyard dollar dəyərində) qarşı rüsumları artırıb. ABŞ-ın Çindən tələbi ölkəsində məhsulların azad ticarətinə imkan yaratmaqdır. Əks təqdirdə, Amerika Çində idxal olunacaq məhsullara qarşı gömrük rüsumlarını daha da yüksəldəcəyi bəyanatını verib. Çinin isə gömrük rüsumlarını 110 milyard dollardan çox artıra biləcəyi imkanı yoxdur. Noyabr ayının sonlarında ABŞ ilə Çin prezidentlərinin görüşü planlaşdırılır.
ABŞ-da yerli şirkətlər xarici ticarət maneələri ilə qarşılaşsalar da yeni hökümətin yeni vergi sistemi burada vəziyyəti qorumağa imkan verir. Belə ki, 2017-ci ildə mənfəət vergisi 35%-dən 21%-ə kimi azaldılmışdı.
Avro 1.15$-a kimi bahalaşa bilər
Nəticədə EUR/USD məzənnəsi artıq 1.14$-ın üzərində ticarət edilməkdədir. Qiymət sözügeən səviyyənin üzərində qaldıqca, bahalaşma 1.15$-a kimi davam edə bilər.
Avropa da siyasi və iqtisadi risklər diqqət mərkəzində saxlanılmalıdır və avroya olan təzyiqlər yenidən arta bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
11 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
12 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib













.jpg)




