Beynəlxalq maliyyə bazarlarında son vəziyyət - GÜNƏ BAXIŞ
Beynəlxalq maliyyə bazarlarında siyasi və iqtisadi risklərin artması investorların diqqət mərkəzindədir, xüsusilə avro və neft qiymətləri.
Avroda növbəti eniş dalğası
Beynəlxalq valyuta birjalarında Avropada mövcud siyasi risklərin daha da artması, avroya olan təzyiqlərin də artmasına səbəb olub. Belə ki, EUR/USD məzənnəsi yenidən sürətli eniş dalğası ilə 1% ucuzlaşıb və 1.14$-ın altında ticarət edilməkdədir.
İtaliya ilə Avropa Birliyi (AB) arasında 2019-ci ilin yeni büdcə planı fonunda qarşıdurmanın həllini tapması çətin görünür. İtaliyanın 2019-ci il üzrə təsdiq etdiyi büdcə planının AB komissiyası tərəfindən qəbul edilməmişdir. Bundan sonra hökümətə dəyişiklər üçün vaxt verilsə də, Roma eyni büdcəni yenidən AB-yə təqdim edib. İtaliya höküməti büdcə defisitini 2.4%-ə (ÜDM ilə müqayisədə) yüksəltməklə, borclanma səviyyəsini və kasıblara maliyyə yardımını artırmaq, keçmiş pensiya yaşına qayıtmaq və sahibkarların vergi yükünün azaltmaq istəyir. Bu isə AB tərəfindən Brüssel razılaşmasından yayınma kimi qiymətləndirilir. İtaliya Avrozonanın üçüncü ən böyük iqtisadiyyatıdır və burada böhran ümumilikdə birliyə mənfi təsir edə bilər. Bütün bunlar maliyyə bazarlarında yeni borc böhranı riskinə işarə olduğu üçün investorlar tərəfindən narahatlıqla qarşılanır.
Digər tərəfdən İtaliyada yerli investorların da hökümətin yeni büdcə siyasətinə inamlarının azaldığı müşahidə edilir. Bunu "patriot istiqrazları" kimi tanınan "BTP Italia" dövlət istiqrazlarına olan tələbin aşağı düşməsində görmək mümkündür. Bu gün AB komissiyasının növbəti dəfə təqdim edilən büdcənin yenidən qəbul etməyəcəyi ehtimalları yüksəkdir.
İtaliya hakimiyyəti bu istiqrazlarla vəsait cəlb etməklə yanaşı, xarici investorları da maliyyə bazarlarına gətirmək istəyir. Lakin Avstriya Mərkəzi Bankının sədri Evald Novotni İtaliyanı Avropa Mərkəzi Bankının (AMB) ilin sonuna kimi istiqraz alışı proqramını dayandıracağı xəbərdarlığını da edib. AMB İtaliyanın dövlət istiqrazlarını alan ən böyük bazar iştirakçısıdır.
İtaliyanın vitse-prezidenti və "Beş Ulduz hərəkatı"-nın sədri Luigi Di Maio, maliyyə bazarlarında mövcud çətin vəziyyəti İtaliyanın yeni büdcə siyasətinin AB komissiyası tərəfindən qəbul edilməməsi ilə əlaqələndirib. Lakin investorlar İtaliya höküməti koalisiyası daxilində artan qarşıdurmalardan da narahatdır.
Son bir həftədir texniki səbəblərlə 2 sentdən çox bahalaşan məzənnə, 1.15$-ı yuxarı istiqamətdə qırmadan yenidən ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, avro 1.14$-ın altında qaldıqca, 1.13$-a kimi də ucuzlaşa bilər.
Neft qiymətlərində sürətli ucuzlaşma
Son iki ay ərzində enerji bazarlarında təklifin tələbi üstələməsi fonunda ucuzlaşan neft qiymətləri, əlavə olaraq tələbin də azala biləcəyi gözləntiləri ilə daha da ucuzlaşıb. Son günlər ABŞ və digər inkişaf etmiş ölkələrdə fond indekslərinin ucuzlaşması, dünya iqtisadiyyatında inkişaf dinamikasının zəifləməsinə işarə olmaqla yanaşı, neftə olan tələbin də azala biləcəyi ehtimal edilir.
Avropanın Brent markalı neftinin bir barel qiyməti 62$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşaraq, 63$-ın üzərində ticarət edilməkdədir. Lakin qiymət yenidən ucuzlaşaraq, 62$-ın altında qalarsa, dəyər itkisi 57$-a kimi davam edə bilər.
Bununla yanaşı, neft qiymətlərində dəyər itkisinin qarşısını almaq üçün “OPEC+” ölkələrinin dekabr ayının 6-da toplanacağı gözlənilir. Bu müddətə kimi sözügedən ölkələrdən neft hasilatının azaldılacağına dair təkliflər də gələ bilər. Bu növ sözlü istiqamətləndirmə ilə neft bazarlarında qiymətlərin ucuzlaşması dinamikası zəiflədilə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
3 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
16 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə






















