"Maliyyə Nazirliyi neft bazarındakı fors-majorlara indidən hazır olmalıdır"
“Gözlənildiyi kimi, neftin qiymətində azalmalar davam etməkdədir. Oktyarbın əvvələrində Brent markalı neftin bir bareli 86 dollardan baha satılanda neftin qiyməti yüksək olsa da, dayanıqlı olmadığını və yaxın zamanlarda 70 dollardan aşağı düşsə təəccüblənməməyi bildirmişdik”.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında neftin ucuzlaşmasını Facebook səhifəsində şərh edərkən bildirib.
Ekspert deyib ki, İrana tətbiq edilən sanksiyaların yeni mərhələsində ABŞ-ın 8 ölkəyə “yandırdığı yaşıl işıq” da göstərdi ki, okeanın o tayında neft bazarındakı siyasi dalğalanmaları belə, tənzimləyə bilirlər.
“Oktyabrdan bəri 20 faizə yaxın dəyər itirən “qara qızıl”ın qiymətinin hətta indiki intervalda stabilləşəcəyinə inanların sayı azalıb. Neft qiymətindəki azalmalar nə ilə bağlıdır və nə qədər davam edə bilər? 2014-cü ilin “neft şoku” yenidən təkrarlana bilərmi?”.
V.bayramov deyir ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi qlobal təklif artıqlığı ilə bağlı olsa da dünya iqtisadiyyatındakı geriləmələr də “qara qızıl”a tələbi azaltmaqla yanaşı, bazara psixoloji təsirlər də etməkdədir.
“Qiymət azalmaları məhz Çin birjalarında səhmlərin qiyməti aşağı düşməyə başladıqdan sonra sürətləndi. Bu qlobal böhran və bu kontekstdən neftə tələbin kəskin azala biləcəyi mesajı idi. ABŞ-ın 8 ölkəyə İran neftini idxal etməkdə istisna tətbiq etməsi də neft bazarının sanksiyaların qıtlıq yaradacağı gözləntilərinin üstündən xətt çəkdi. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçünncü rübündə neftə olan gündəlik tələb 99.8 milyon barel, təklif isə 100.74 milyon barel olub. Rəqəmləriin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir.
Dünən JP Morgan şirkəti Brent markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər bareldə 10 dollar aşağı salıb. Neftin qiymətinin 2019-cu ildə əvvəllər 83 dollar olacağını düşünən JP Morgan ekspertləri indi 73 dollar orta qiymət proqnozlaşdırırlar. Amma qiymət azalmaları davam edəcəyi halda, gələn il üçün proqnozun daha da azaldılacağı istisna edilmir.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin “dadını çıxartmağa” səsləyən Tramp əslində ABŞ-ın adını da öz twitində qeyd etməli idi. 2018-ci ildə hasiltatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı da proqnozlaşdırılır”.
Ekspertin sözlərinə görə, OPEC 2014-cu il “neft şokunun” təkrarlanmasına imkan verməməyə çalışsa da, neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir.
“Digər tərəfdən neftin bir barelinin daha 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Əslində gələn il neft "bumu" proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdırlar. Doğrudur, OPEC+ gələn ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır. Amma hələlik bu potensial məhdudiyyətlər də bazardakı vəziyyətin kardinal dəyişməsi üçün yetərli deyil.
Neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbacycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur. Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür.. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır.
Beləliklə, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxanlaşmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yolu olaraq qalmaqdadır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
16 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
16 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 16 saat əvvəl
-
16 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
16 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























