Neft düşdü - strateji yol xəritələri sürətləndirilir
Azərbaycan Respublikası Prezident Administrasiyasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin Strateji Yol Xəritələri üzrə yaradılan işçi qruplarının hər biri ilə ayrı-ayrılıqda müzakirələri keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Marja"ya daxil olmuş məlumata görə, birgə görüşlərdə Strateji Yol Xəritələrinin icra vəziyyətinin aralıq nəticələri, koordinasiya məsələləri və qarşıya çıxan çağırışların həlli yolları ətraflı müzakirə edilib. 40-dan artıq dövlət qurumunun rəhbər şəxslərinin iştirakı ilə 12 strateji yol xəritəsi üzrə aparılan müzakirələrdə tədbirlər planlarının vahid formatda tərtibi, icrası və kommunikasiya edilməsi ilə bağlı məsələlər də əhatə olunub.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələrinin uğurlu icrası təmin edilib, ölkədə makroiqtisadi sabitlik və dayanıqlı inkişaf, habelə biznes mühitinin əlverişliliyinin daha da artırılması istiqamətində nailiyyətlər əldə olunub. Aparılan kompleks iqtisadi islahatlar nəticəsində Azərbaycan hazırda “Doing Business” hesabatına görə dünyada ən islahatçı ölkə kimi səciyyələndirilir.
Müzakirələrdə icra ilə bağlı yaranan suallar aidiyyəti üzrə cavablandırılıb və strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün müəyyən tövsiyələr verilib.
Qeyd edək ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)




.jpg)






