Maaşdan vergilər belə hesablanacaq – NÜMUNƏLƏR
Mövcud qanunvericiliyə əsasən, ödənilmiş əməkhaqqına görə işçilərin və işəgötürənlərin ümumi vergi yükü 40-51% arasında dəyişir. Bu səbəbdən də həm işəgötürənlər, həm də işçilər iş yerlərinin rəsmiləşdirilməsindən yayınır və əməkhaqqının həqiqi məbləğinin gizlədilməsinə üstünlük verirlər. Ona görə də Azərbaycan hökuməti problemin köklü şəkildə həllinə nail olmaq məqsədilə müvafiq islahatları davam etdirir. Bu məqsədlə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər artıq Milli Məclisdə qəbul edilərək təsdiq olunmaq üçün ölkə prezidentinə təqdim olunub. Vergi qanunvericiliyinə edilən dəyişikliklərə uyğun olaraq, əməkhaqqı üzrə vergi yükünün aşağı salınması və əməkhaqqının leqallaşdırılması istiqamətində həyata keçiriləcək islahatlar iki əsas komponenti əhatə edəcək. Hazırda ödənilmiş əməkhaqqına görə gəlir əldə edən şəxslər gəlir vergisinin (14 faiz) və sosial sığorta ayırmalarının (3 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta), işəgötürənlər isə yalnız sosial sığorta ayırmalarının (22 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta) ödəyiciləridir. Bu ödəmələr işəgötürənlər tərəfindən tutularaq dövlət büdcəsinə ödənilir.
2019-cu ilin yanvarından həyata keçiriləcək islahatlar nəticəsində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olan subyektlərlə münasibətdə 7 il müddətinə gəlir vergisi üzrə güzəşt tətbiq ediləcək. Vətəndaşların pensiya hüquqlarını nəzərdə tutan mövcud sığorta sisteminin təminat və uçot prinsiplərinin, habelə pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsi üzrə mövcud ödəmə və hesabatlılıq sistemləri saxlanılacaq.
İslahat modelinə əsasən, aylıq məbləği 8000 manatadək olan əmək haqları üzrə fiziki şəxslərin gəlir vergisi 14 faizdən 0 faizə endiriləcək, əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi isə 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Güzəşt məbləğinin hazırkı 173 manatdan 200 manata qaldırılması (büdcə təşkilatlarına, dövlət müəssisələrinə, neft-qaz sektoruna da şamil edilir) nəzərdə tutulur.
Sosial sığorta haqlarının və işsizlikdən sığorta dərəcələrinə gəlincə, bu, aşağıdakı qaydada müəyyən olunur:
- əməkhaqqının 200 manatadək olan məbləği üzrə: işçi - 3,5 faiz, işəgötürən - 22,5 faiz (cəmi 26 faiz);
- əməkhaqqının 200 manatdan yuxarı olan hissəsi üzrə: işçi - 10,5 faiz, işəgötürən - 15,5 faiz (cəmi 26 faiz).
İslahat nəticəsində qeyri-neft və qeyri-dövlət sektorlarında işəgötürənlərin əmək xərcləri əhəmiyyətli şəkildə azalacaq ki, bu da özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına və iqtisadi artımın stimullaşdırılmasına xidmət edəcək. Muzdlu işçilərin vergi yükünün aşağı salınması işəgötürənlərlə yanaşı, iqtisadiyyatın bütün sektorlarında, xüsusilə özəl sektorda çalışan muzdlu işçilərin də gəlirlərinin bir hissəsinin onlarda qalmasını şərtləndirəcək. Leqallaşma nəticəsində faktiki əməkhaqqının rəsmi sənədlərdə tam şəkildə göstərilməsi işçilərin pensiya və digər sosial hüquqlarının təmin olunmasına, habelə vətəndaşların kredit almaq imkanlarının genişlənməsinə şərait yaradacaq.
Xatırladaq ki, bu islahatların qeyri-dövlət sektorunda çalışan təxminən 450 min nəfərin əmək gəlirlərinin artırılmasına xidmət edəcəyi proqnozlaşdırılır. Güzəştli məbləğin tətbiqi nəticəsində işçilərin əməkhaqlarında azalma olmayacaq. İslahatlardan sonra qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq.
Beləliklə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsi üzrə əməkhaqqından gəlir vergisinin hesablanması 2 kateqoriyaya bölünəcək: dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar; neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər.
Hər iki kateqoriya üzrə ayda 500 manat əməkhaqqı alan işçilərin vergi və sosial sığorta ödənişlərinin hesablanmasına dair nümunələri təqdim edirik:
Dövlət və neft-qaz sahəsində fəaliyyət göstərənlər üçün:
Vergi üzrə:
500 - 200 (2500 manata qədər 200 manat güzəşt olunur) =300 manat
300 manat x 14 faiz (gəlir vergisi) = 42 manat
Sosial sığorta üzrə:
500 x 3,5 faiz = 17,5 manat
Cəmi: 59,5 manat
500 manat - 59,5 manat = 440,5 manat. Yəni dövlət və neft-qaz sahəsində çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 440,5 manat əməkhaqqı alacaq.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün:
Vergi üzrə:
Gəlir vergisi - 0 faiz (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)
Sosial sığorta üzrə:
6+ (500-200) x10,5 faiz = 37,5 manat
Cəmi: 37,5 manat.
500-37,5=462,5 manat. Yəni neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 462,5 manat əməkhaqqı alacaqlar.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Vergiler"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
4 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
5 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
22 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif
















