Lotereya keçirilməsi qaydaları dəyişdi – YENİLİKLƏR
Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun tətbiq edilməsi barədə fərman imzalayıb.Qanuna edilən dəyişikliyə əsasən lotereya oyunlarının iştirakçıları üçün 18 yaş məhdudiyyəti tətbiq ediləcək. Başqa sözlə, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibi ola bilər.
Qüvvədə olan qanuna əsasən, indiyə qədər Maliyyə Bazarlarna Nəzarət Palatası lotereyaların təşkilinə və keçirilməsinə nəzarətin həyata keçirilməsinə nəzarəti təmin etməli idi. Dəyişikliyə əsasən bu müddəa ləğv olunub, Palataya iki ay ərzində lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydasını hazırlamaq tapşırılıb. Digər tələb stimullaşdırıcı lotereyalar yalnız tirajlı formada keçirilməsi ilə bağlıdır. İndiyə qədər lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilərdi. Dəyişikliyə əsasən artıq lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət etməlidir.
Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul etməlidir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Əgər buna qədər lotereya təşkilatçısı uduş fondunun oynanılmasına azı 3 iş günü qalmış tiraj komissiyasının üzvləri haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanına təqdim etməli idisə, artıq bu müddət 1 günə endirilib. Başqa sözlə, lotereya təşkilatçısı uduş fondunun oynanılmasına azı 1 iş günü qalmış tiraj komissiyasının üzvləri haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
Lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısının lotereyanın keçirilməsinin başlanmasına azı 20 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına təqdim etməli olduğu sənədlərin sayı da artıb. Bu sıraya lotereya təşkilatçısının təsisçiləri haqqında məlumat da daxil edilib. Lotereya təşkilatçısının təsisçiləri haqqında məlumat qismində təsisçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti və imzası notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanunla müəyyən edilmiş qaydada təsdiq edilməklə vətəndaş qüsursuzluğuna dair ərizəsi, təsisçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və son maliyyə ili üzrə, bir ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları (lotereyanın ilk dəfə qeydiyyata alınması halı istisna olmaqla) təqim olunmalıdır. Vətəndaş qüsursuzluğu dedikdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutmasına və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması nəzərdə tutulur.
Qüvvədə olan qanuna görə, lotereya təşkilatçısı satılmamış lotereya biletlərinin (stimullaşdırıcı lotereyada istifadə olunan lotereya biletləri istisna olunmaqla) satıcıdan qəbulunu uduş fondunun oynanılmasına ən azı 2 saat qalmış başa çatdırmalı idi. Bu müddət bitdikdən sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunurdu. Bundan sonra isə lotereya təşkilatçısı satılmamış lotereya biletlərinin (stimullaşdırıcı lotereyada istifadə olunan lotereya biletləri istisna olunmaqla) satıcıdan qəbulunu uduş fondunun oynanılmasınadək başa çatdırmalıdır. Uduş fondunun oynanılmasından sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunacaq.
Yeni qanun elektron lotereya oyunlarının keçirilməsini də tənzimləyəcək. Elektron lotereya lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır. Elektron lotereya zamanı lotereya təşkilatçısından tiraj komissiyası yaratmaq tələb olunmayacaq. Elektron lotereyaların uduş fondu oyunun başlanması anınadək formalaşdırılmalıdır. Elektron lotereyaların uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz. Lotereya təşkilatçısı elektron lotereyaların təşkilini və keçirilməsini “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsilə həyata keçirəcək.
Bununla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası lotereyaların təşkili və keçirilməsi ilə bağlı fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısını iki ay müddətində təsdiqləməlidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat sonra
-
36 d. əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Ən çox oxunanlar
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb




.jpg)






.jpg)




