Nazirlik şirkətin sex rəisini cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıt şəhəri, Tuğ zavod yaşayış massivi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən atmosferə tullantı atılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar və monitorinq aparıblar.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşib.
Faktla bağlı “GurCel” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus metaləritmə sexinin rəisi Amil Süleymanov barəsində protokol tərtib edilib. O, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib.
Atmosferə tullantıların atılmasının qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə “GurCel” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






