“Neft qiymətləri ilə bağlı proqnoz vermək çox çətindir” - NAZİRLƏ MÜSAHİBƏ
Energetika naziri Pərviz Şahbazov müsahibə verib. Müsahibəni təqdim edirik:
- Cənab nazir, dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşü keçirildi. Azərbaycan bu görüş çərçivəsində qəbul edilmiş, hasilatın həcminin azaldılması barədə qərarı dəstəkləyənlər sırasında idi. Gələn il dünya bazarında neftin qiyməti ilə bağlı proqnozlarınız necədir?
- Bilirsiniz, neft qiymətləri ilə bağlı proqnoz vermək çox çətindir. Amma düşünürəm ki, OPEC+ formatında olan ölkələr vaxtında və lazımi qərarlar qəbul ediblər. Bu isə şərait yaradır ki, neft bazarı tənzimlənsin, bazarda balans yaransın və gələn il neftin qiymətində sabitliyə nail ola bilək.
- OPEC+ çərçivəsində görüşlərdən birinin Bakıda keçiriləcəyini demişdiniz. Həmin görüşün vaxtı və digər detalları məlumdurmu?
- Bu təxminən gələn ilin birinci rübü üçün nəzərdə tutulub. Düşünürük ki, görüş fevralın sonunda, martın əvvəlində baş tuta bilər. Amma konkret tarix hələ məlum deyil.
- Hazırda Azərbaycanın iştirakı ilə bir sıra enerji layihələri həyata keçirilir. Gələn il layihələrin maliyyələşdirilməsi ilə bağlı hər hansı beynəlxalq maliyyə institutu ilə danışıqlar aparılırmı?
- Bu daim gedən prosesdir və ehtiyac olduqda müvafiq maliyyə institutları ilə danışıqlar, məsləhətləşmələr aparılır. Amma elektroenergetika sahəsində müvafiq bərpa proqramı var. O proqram həyata keçirilir. Onun üçün də Prezident İlham Əliyev müəyyən vəsaitlər ayırıb və bu proseslər gələn il davam etdiriləcək.
- Sizin son görüşlərinizi analiz edəndə görürük ki, onların əksəriyyətində alternativ və bərpa olunan enerji məsələləri əsas müzakirə olunan mövzulardan olub. Energetika Nazirliyinin növbəti il üçün planları və proqnozları necədir?
- Hazırda ölkədə bərpa olunan enerji mənbələrinin həcmi getdikcə artmaqdadır. Düzdür bu artım böyük deyil. Biz isə istəyirik ki, bu artım həqiqətən də böyük həcmdə baş versin. Onun üçün də hazırda Azərbaycanda islahatlar paketi hazırlayırıq. Məhz bu paketdəki islahatları həyata keçirsək Azərbaycan doğrudan da həm daxildən, həm də xaricdən investisiyalar üçün çox maraqlı ölkəyə çevriləcək. Bu istiqamətdə hazırda müəyyən hazırlıqlar görürük. Beynəlxalq aləmdə təcrübəyə malik olan ekspertləri bura cəlb etmişik. Sözsüz ki, ölkədən-ölkəyə fərq var. Azərbaycanın xüsusiyyətlərini nəzərə almaqla bu ekspertlər və digər dövlət strukturları ilə birgə müəyyən islahatlar paketi üzərində işləyirik. Həmin islahatlar paketi nəyi nəzərdə tutur? Bu ilk növbədə qanunvericilikdə müəyyən dəyişikliyinin həyata keçirilməsini, eyni zamanda müxtəlif təşviqedici mexanizmlərin işlənib hazırlanmasını nəzərdə tutur. Ən sonda da bizim elektroenergetika şəbəkəsində bərpa olunan enerji mənbələri yaradılarsa onların qoşulması çox böyük rol oynayır. Bu o qədər də asan olmayan xüsusi prosesdir. Sistemin sabit qalmasından ötrü müəyyən texniki şərtlər hazırlanmalıdır. Biz onun da üzərində işləyirik. Yəni hər 3 istiqamətdə işlər aparırıq.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir

























