AccessBank "UNEC Business English Conversation Club" layihəsinə yekun vurub
(®) AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı və ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan "UNEC Business English Conversation Club" layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev qeyd edib ki, layihə olduqca effektiv olub: "Bildiyiniz kimi, "UNEC Business English Conversation Club" ilk dəfə həyata keçiriləndə özündən söz etdirə bildi və bu səbəbdən layihənin davamlı olmasına qərar verildi. Mən layihənin reallaşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm. "UNEC Business English Conversation Club" tələbələrimizə çox şey qazandırdı. Əldə olunan razılığa əsasən, bəzi tələbələrimiz AccessBank-ın müxtəlif departamentlərində təcrübə keçəcəklər. Bunun üçün AccessBank-ın komandasına xüsusi təşəkkürümü bildirirəm".
UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə qeyd etdi ki, "UNEC Business English Conversation Club" adıçəkilən ali təhsil ocağının AccessBank ilə əməkdaşlığını daha da dərinləşdirdi. "Mən tələbələrin bu layihəyə necə yanaşdığının şəxsən şahidi olmuşam. Təbii ki, bu yanaşma layihənin effektivliyindən xəbər verir. Şübhə etmirəm ki, AccessBank bizi bu cür layihələrlə gələcəkdə də sevindirməyə davam edəcək və tələbələrimiz yeni biliklər əldə etməsi üçün öz töhfəsini əsirgəməyəcək", - deyə o vurğulayıb.
AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova isə bildirib ki, "UNEC Business English Conversation Club" layihəsi özünü doğrultmuş bir layihə kimi yaddaşlarda qalacaq: "AccessBank-ın bu il üzrə Korporativ Sosial Məsuliyyət siyasətinin əsas istiqaməti kimi təhsil sahəsi götürülmüşdü. 2018-ci ildə bu istiqamətdə reallaşdırdığımız layihələr olduqca uğurlu olub və "UNEC Business English Conversation Club" bunun bariz nümunələrindən biridir. Təsadüfi deyil ki, AccessBank Azərbaycan Banklar Assosiasiyası tərəfindən bu il "Ən fəal təhsil dəstəkçisi" seçilib. Bundan başqa, AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramının qalibi olan 10 nəfərdən 3-ü UNEC tələbəsidir ki, bu da universitetdəki təhsilin səviyyəsindən xəbər verir".
Departament rəhbərinin sözlərinə görə, adıçəkilən layihə gələn il yeni formatda və başqa ad altında reallaşdırılacaq.
Layihənin rəhbəri, UNEC-in "İngilis dili" kafedrasının dosenti Xavər Hacıyeva qeyd edib ki, bu layihədən həm təşkilatçılar, həm iştirakçılar qazandı: "Sözsüz ki, ən böyük qazanc tələbələrin əldə etdiyi yeni biliklərdir. Təbii ki, əldə olunan biliklər onlara gələcəkdə öz layiqli yerlərini tutmağa yardım edəcək".
Tədbir çərçivəsində tələbələr layihə barədə təəssüratlarını bölüşüb.
Sonda "UNEC Business English Conversation Club" iştirakçılarına sertifikatlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 7 d. əvvəl
-
8 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
- 20 d. əvvəl
- 24 d. əvvəl
-
27 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
50 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Ən çox oxunanlar
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
























