Əhaliyə ƏDV-nin qaytarılmasına ən tezi apreldən sonra başlanılacaq – VERGİLƏR NAZİRLİYİNDƏN AÇIQLAMA
Xəbər verildiyi kimi, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır.
Belə ki, ödənişi post terminallar (nağdsız) və nağd edənlər müvafiq olaraq ƏDV-nin 15% və 10%-ni geri alacaqlar. Məsələn, Azərbaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 18 manat vergi hesablanır. Nəticədə ödənişi POS terminalla edən müştərilər 18 manatın 15%-ni, yəni 2,7 manatını, nağd edənlər isə 10%-ni, yəni 1,8 manatını geri alacaqlar.
Vergilər Nazirliyindən bildirilir ki, bu güzəştlərin tətbiqində məqsəd kassa qəbzinin vurulmasını artırmaq, həm də nağdsız ödəmələrin ən çox “axsadığı” sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bununla yanaşı, məlum olub ki, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra alacaq. Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı Prezidentin fərmanında bu məsələ 1.1.14-cü bənddə əksini tapıb. Həmin maddədə Nazirlər Kabinetinə tapşırılır ki, vergilərin geri qaytarılması, daha dəqiqi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Başqa sözlə, bu qaydalanın hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. "Bu qaydalar hazırlanıb qüvvəyə mindikdən sonra vətəndaşlar verginin qaytarılan hissəsini ala biləcəklər"-deyə nazirlikdən bildirilib. Qeyd edək ki, işlər qrafik üzrə getsə, yenilik apreldən qüvvəyə minəcək.
Bununla yanaşı, nazirlikdən bildirilib ki, həmin müddətə qədər edilən alqı-satqılar üçün də vergiləri geri almaq mümkün olacaq. Bunun üçün vətəndaşların kassa və digər çekləri saxlamaları tövsiyə olunur.
"Marja" xəbər verir ki, vergi eksperti Vəli Əliyevin sözlərinə görə, belə getsə heçnə verilməyəcək: "Vergi Məcəlləsinin 165.5-ci maddəsinə sasən ödənilmiş ƏDV müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Hələ ki, heç bir ticarət obyektində bu qəbzlər VM-nin 50.8-ci maddəsinə cavab vermir".
Ekspert Sahib Məmmədov isə bildirdi ki, qaytarma qəliz prosedurdur: "Pulu Maliyyə Nazirliyi qaytarmalıdır. Bunun üçün bankda xüsusi hesab açılmalıdır. Xeyli prosedurlar keçiməlidir. Xüsusi kassa aparatı olmalıdır. Parakəndə satış obyekti ƏDV ödəyicisi olmalıdır və s.".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
20 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
21 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
21 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!





















