Yeni Audi e-tron GT-nin dizaynı dünyanı heyran etdi!
(®) Üçüncü Audi e-tron: Dörd-üzüklü brend, Audi e-tron GT modelini Los Anjelesdə keçirilən Auto Show-da təntənə ilə nümayiş etdirmişdi.
Dörd qapı və dörd oturacaq ilə təchiz olunan kupe Audi e-tron GT sizə və sərnişinlərə maksimal komfort hissi bəxş edəcək. Sükan arxasına əyləşən kimi, yüksək keyfiyyətini dərhal hiss etdirən bu avtomobil gündəlik həyat üçün mükəmməldir.
Naviqasiya və məlumat sistemlərini özündə birləşdirən “touch” ekranın görünüşü alıcının istəyi ilə dəyişə bilər. İdman üslublu oturacaqlar isə yüksək sürət ilə avtomobili idarə etdiyiniz zaman sizin və sərnişinlərin təhlükəsizliyini təmin edir.
590 at gücü! Bəli, bu elektrik avtomobil üçün realdır! Sinxron çalışan iki mühərrik avtomobildə ayrı – ayrı quraşdırılıb. Üstəlik orjinal Quattro sistemi də bu avtomobildə mövcuddur. 0-100 km/s - cəmi 3.5 saniyəyə sürətlənən elektrik avtomobil qarşınızdadır!
Audi e-tron GT modelinin akkumulyatorunu bir neçə yolla yükləmək olar. Cəmi 20 dəqiqəyə akkumulyatoru 80 faizə kimi yükləmək olar və 80 faiz ilə 320 km kimi məsafəni fəth etmək mümkündur.
Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda da elektrik avtomobillərin sayı artacaq. Və e-tron GT modelini də yollarda görmək və hətta idarə etmək hər birimizə nəsib olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 26 d. əvvəl
- 46 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib



















