Biznes kreditini Unibank-dan al, faizlərin 10%-dək hissəsini Fond ödəsin!
Unibank biznes sahiblərinə çox aşağı faizlə kredit təklif edir. Bankın İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı çox sərfəli faizli biznes kreditləri ölkəmizdə biznesin inkişafına daha bir dəstəkdir. Həm hüquqi, həm də fiziki şəxs olan iş adamları üçün ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır.
“Unibank” KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev hesab edir ki, mövcud bazar şərtləri ilə müqayisədə bir neçə dəfə daha aşağı faizlə verilən bu kreditlər, sahibkarlara bizneslərini böyütmək üçün çox əlverişli imkan yaradır:
“ Çox sərfəli faizlə verilən bu kreditlər biznesə böyük dəstəkdir. Məsələn, sahibkar bankdan 16%-lə kredit götürübsə, kreditin illik faiz məbləğinin 10%-ni İpoteka və Kredit Zəmanət Fondu ödəyir, qalan 6%-ni isə müştəri ödəyir. Kreditin biznes sahəsindən asılı olaraq daha uzun müddətə (7 ilədək) və manatla verilməsi biznes sahibləri üçün əlavə bir üstünlükdür. VÖEN sahibi olan hər sahibkar bu kredit məhsulu üçün müraciət edə bilər. Unibank olaraq bundan sonra da biznesin inkişafına öz dəstəyimizi verməkdə davam edəcəyik”.
Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
-Sərfəli tariflər;
-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
-Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
-Sənəd dövriyyəsinin minimuma endirilməsi;
-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
19 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
35 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)
.jpg)





.jpg)






