Bir sıra xidmətlər üçün yeni dövlət rüsumları təklif olunur
Azərbaycanda “Dövlət rüsumu haqqında” haqqında dəyişiklik edilə bilər.
Dəyişikliklər barədə qanun layihəsi Əqli Mülkiyyət Agentliyinin göstərdiyi, “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətlərin, eləcə də bu hüquqi hərəkətlərə görə dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Belə ki, “Əmtəə nişanları və coğrafi göstəriclər haqqında” və “Patent haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən olunub və ya təkmilləşdirilib.
Layihədə ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün yeni dövlət rüsumlarının dərəcələri müəyyən olunur.
Təklif olunur ki, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı rüsumları ixtira üçün 20 manat, faydalı model üçün 15 manat, sənaye nümunəsi üçün 15 manat, patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün 1 manat olsun.
Həmçinin patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün 10 manat, verilmiş patentlərə dəyişiklik edilməsi üçün 7 manat olması təklif olunur.
Dəyişiklik qəbul olunarsa, ixtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün dövlət rüsumunun bir ədəd ixtira, bir ədəd faydalı model və ya bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün 15 manat, bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün 25 manat, ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq iddia sənədi üçün) 10 manat, ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent) 10 manat olacaq.
Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun əmtəə nişanı üçün 45manat, coğrafi göstərici üçün 30 manat, kollektiv nişan üçün 60 manat təklif olunur.
Dəyişiklik qəbul olunarsa, dövlət rüsumu reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün 25 manat, əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nimanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün 10 manat təşkil edəcək.
Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün dövlət rüsumunun iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün 35 manat, iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) 20 manat, qeydə alınmış bir ədəd əmtəə nişanı üçün 60 manat, qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) 50 manat olması təklif edilir.
Dəyişiklik qəbul edilərsə, patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün dövlət rüsumu 10 manat olacaq.
Həmçinin təklif olunan qanun layihəsində Attestasiya komissiyasının qərarına görə Apellyasiya Şurasına etiraz vermək üçün dövlət rüsumu 30 manat müəyyən edlib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 20 saat sonra
- 18 saat sonra
- 14 d. əvvəl
-
-
37 d. əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
48 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 51 d. əvvəl
-
1 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Şuşa Bank və Sığorta Binası tikilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Ən çox oxunanlar
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi Bakı: Somaliləndin tanınması beynəlxalq hüquqa ziddir, Azərbaycan Somalinin ərazi bütövlüyünü tam dəstəkləyir
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından 8 il ötür
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi

















