Bir ayda ixracı 75% artdı, ölkəyə 33,5 milyon dollar gətirdi
2017-ci ilin yanvar ayında Azərbaycan 33 mln. 537,7 min dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 75% çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Kənd təsərrüfatı mallarının ixracında meyvə-tərəvəz məhsulları daha çox paya malik olub”, - deyə məlumatda qeyd olunur.
Cari ilin yanvar ayında 17 mln. 724,5 min dollar dəyərində (artım 38,7%) 15,936 min ton meyvə (artım 44,8%) və 6 mln. 321,6 min dollar ton dəyərində (artım 2 dəfə) 6,796 min ton tərəvəz (artım 2,3 dəfə) ixrac edilib.
Bundan başqa, hesabat dövründə 6 mln. 817,4 mindollar dəyərində (artım 3,7 dəfə) 4762 min ton pambıq (artım 3,7 dəfə), 391,8 min dollar dəyərində (artım 2,7 dəfə) 174,7 min ədəd dəri xammalı (azalma 48,1%), 1 mln. 960,9 min dollar məbləğində (artım 74,3%) 511,8 ton tütün məmulatı (artım 96,8%) ixrac edilib.
2016-cı ildə Azərbaycan 426 mln. 111,7 min dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da 2015-ci ilin göstəricisindən 20,7% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























