Azərbaycan istehsalı şəhər və park mebelləri Qətərdə satılacaq
Azərbaycanın Qətərə ixrac missiyası başa çatıb.
25-27 fevral tarixlərini əhatə edən ixrac missiyası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qətərin Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və Qətər iş adamları arasında görüş keçirilib.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib. 100-ə yaxın ərəb iş adamının, eləcə də distributor şirkətlərin iştirakı ilə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və ərəb iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qətərə ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri ixracyönümlü məhsullar barədə məlumat veriblər.
Tədbir çərçivəsində Azərbaycanın “İDEA” MMC ilə Qətərin “Scandinavian Supplies” şirkəti arasında “Made in Azerbaijan” brendi altında şəhər və park mebelinin Qətərdə təşviqi və satışına dair Müqavilə imzalanıb. 10 ildən çoxdur fəaliyyət göstərən IDEA açıq havada metal və ya taxtadan kiçik memari formaları, bağ mebeli, urban dizayn elementlərini istehsal edir. Şirkətin Novxanıda sərgi salonu yerləşir.
İxrac missiyası zamanı həmçinin, Azərbaycan şirkətlərinin Qətər İnvestisiya Təşkilatında görüşü təşkil olunub, iş adamlarımız “Carrefour” marketlər şəbəkəsində və yerli bazarlarda olublar.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasına ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil idi və səfərin xərcləri dövlət tərəfindən qarşılanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
7 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























