Trump, bazarların gözlədiyi çıxışını etdi
"Tarixi vergi islahatı hazırlayırıq, şirkətlərimiz uğurlu ola biləcəklər"
ABŞ Prezidenti Donald Trump, Konqresin iclasında etdiyi ilk çıxışında "Öncə Amerika" vurğusunu önə çıxarıb.
"Marja" xəbər verir ki, Trump, "Bu gün Amerikan ruhunun yenidən ortaya çıxdığına şahidlik edirik" - deyib və "Müttəfiqlərimiz Amerikanın bir daha liderlik etməyə haızr olduğunu görəcək. Dünyanın bütün ölkələri - dost, ya da düşmən - Amerikanın güclü olduğunu, Amerikanın qürurlu olduğunu və Amerikanın azad olduğunu görəcək" deyib.
Çıxışında iqtisadiyyata dair bəyanatlar verən Trump, "İqtisadi komandam, şirkətlərimizə tətbiq olunan vergi nisbətini salacaq tarixi bir vergi islahatı hazırlayır. Beləliklə, şirkətlərimiz, hər yerdə və hər kəslə rəqabət apara və uğurlu ola biləcəklər" deyib.
Trump-ın çıxışındn sonra Dollar güclənməkdə davam edib.
ABŞ-ın yeni prezidentinin bugünkü nitqində çox az yeni təkliflər verib və Trump, "Obamacare" olaraq adlandırılan səhiyyə islahatının dəyişdirilməsi, orta təbəqəyə dəstəyi də ehtiva edən vergi islahatı, 1 trilyon dollarlıq infrastruktur xərcləri və müdafiə xərclərində geniş miqyaslı artımı, o cümlədən planlarının xərclərinin necə qarşılanacağına dair məlumat verməyib.
Trump, Meksika sərhədinə "Böyük, böyük bir divar" inşa edilməsi çağırışını bir daha təkrar edib.
ABŞ Prezidenti, miqrasiyanı "ləyaqətə söykənən bir sistemə" çevirmək istədiyini bildirib.
Trump, "Eyni zamanda, orta sinif üçün vergi güzəştləri tətbiq edəcəyik" - deyə bildirib.
ABŞ Prezidenti, "Hazırda məhsullarımızı Amerika xaricinə çıxarsaq, çox sayda ölkə bu məhsullara yüksək gömrük tarifi və vergi tətbiq edir. Ancaq xarici firmalar məhsullarını Amerikaya gətirəndə, biz demək olar ki, heç bir şey görmürük" deyib.
Trump, bunun dəyişməsini istəyəcəklərini vurğulayıb.
Trump, "Azad ticarətə güclü bir şəkildə inanıram, ancaq bu ədalətli ticarət olmalıdır" deyə bildirib.
Səhiyyə islahatı mövzusunda da danışan Trump, "Obamacare" kimi tanınan mövcud səhiyyə sisteminin dəyişdirilməsinin lazım olduğunu söyləyib. Trump, Konqresdən ölkəni "Obamacare fəlakətindən" qorumağı istəyib.
Terrorla mübarizə məsələsinə də toxunan ABŞ Prezidenti Trump, "Bu alçaq düşməni (terror təşkilatı İŞİD) yer üzündən təmizləmək üçün İslam dünyasındakı dostlarımız və müttəfiqlərimiz də daxil bütün müttəfiqlərimizlə birlikdə çalışacağıq" deyib.
Trump, ABŞ yolları, körpüləri, limanları, hava limanları və digər dövlət işləri üçün 1 trilyon dollara qədər infrastruktur xərcləri çəkiləcəyini bildirmiş və müşavirləri proqramın özəl sektor maliyyələşməsinə söykənəcəyini söyləmişdi. ABŞ Prezidenti bu sözünü çıxışında təkrarlayıb, ancaq təfərrüat verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
12 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində





















