"Şimali Koreya region üçün təhlükə mənbəyi olaraq qalır"
Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, son vaxtlar Şimali Koreya tərəfindən raket buraxılışları bu ölkə tərəfindən təhlükənin yeni mərhələyə keçdiyini təsdiq edir. Baş nazir deyib ki, Şimali Koreya region üçün təhlükə mənbəyi olaraq qalır.
Martın 6-da Yaponiya parlamentinin yuxarı palatasındakı komitələrdən birinin iclasında çıxış edən Ş.Abe bildirib ki, bu gün səhər Şimali Koreya yeni raket buraxılışlarını həyata keçirib. Baş nazir əlavə edib ki, Şimali Koreya eyni vaxtda dörd ballistik raket buraxıb.
Həmin gün juranlistlər qarşısında çıxış edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa da bildirib ki, bu gün yapon vaxtı ilə saat 7:34 dəqiqədə Şimali Koreya qərb sahilində dörd ballistik raket buraxıb.
Y.Suqa qeyd edib ki, Baş nazir Şinzo Abe hökumət üzvlərinə və müvafiq qüvvələrə bu barədə məlumatların toplanması və ictmaiyyətə təqdim olunması barədə göstəriş verib.
Baş katib əlavə edib ki, Ş.Abe, həmçinin hava və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi və hadisələrin gözlənilməz davamı ilə bağlı hazır olmaq barədə də göstəriş verib.
Y.Suqanın sözlərinə görə, buraxılşla bağlı hava və dəniz nəqliyyatında hər hansı problemin yaranması barədə məlumat daxil olmayıb.
Məsələ ilə bağlı Yaponiya Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyi gözlənilir.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























