Bank “BTB” müştərilərə verilən kreditləri 12% artırıb
31 Mart 2019-cu il tarixində Bank “BTB” ASC-nin kredit portfeli 171 milyon 280 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.57 % artım deməkdir.
Bankdan “Marja”ya daxil olmuş press-relizə görə, Bankın aktivləri isə 291 milyon 88 min manat təşkil edib.
“Cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 5 milyon 239 min manat, faiz xərcləri isə 2 milyon 866 min manat təşkil edib. Eyni zamanda, qeyri-faiz gəlirləri 1 milyon 402 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 495 min manat olub. Nəticədə Bankın 280 min manat əməliyyat mənfəəti yaranıb.
Bankın depozit portfeli 82 milyon 487.18 min manat təşkil edir. Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.84 % artmışdır.
Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 52 milyon 887.64 min manat təşkil etmişdir”,- press-relizdə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
24 d. əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 31 d. əvvəl
-
32 d. əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
1 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
2 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib























