Daimler-dən dünyanın ən bahalı SUV-si
Mercedes Benz yeni Maybach SUV-si ilə lüks keçilməz ərazi avtomobillərinin məşhurluğundan istifadə etməyi hədəfləyir.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Cenevrə Avtomobil Sərgisində nümayiş etdirilən Mercedes-Maybach G-Class 650 modeli təxminən 500 min dollarlıq qiyməti ilə dünyanın ən bahalı SUV idman avtomobili olacaq.
Daimler AG-nin ən üst sinif markası olan Maybach, bu cür ən yüksək seqmentdəki modellərə tələbin canlanması ilə yenidən "dirilib". SUV, V12 mühərrikə və idman avtomobili stilinə malik olacaq. Ön sıra üstüörtülü, arxa sırada isə parçadan yığılan "roof" olacaq.
Maybach G650-nin digər xüsusiyyətləri arasında, sərnişinləri sürücüdən ayıran elektrikli şüşə bir bölmə, nizamlanan ayaqlıq və konsolun ortasında portativ masalar var. Avtomobil, səhra kimi ərazilərdə rahat gedə bilməsi üçün yerdən təxminən 1 metr hündürlüyə malikdir. Sözügedən model sentyabr ayında sonra bazarda olacaq.
Avtomobilin görüntüləri ilə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 12 d. əvvəl
-
-
20 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
27 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
30 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
49 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
Ən çox oxunanlar
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub









.webp)












