Neft ABŞ-dan gələn xəbəri ilə kəskin bahalaşdı
ABŞ rəhbərliyinin bəzi ölkələrə İrandan neft alışı üçün verdiyi möhləti uzatmayacağı barədə xəbərin ardından neft qiymətləri təxminən 6 ayın ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, neft Londonda 3.3 faiz bahalaşaraq Noyabrın əvvəlindən bu yana güniçi ən yüksək səviyyəsinə qalxıb.
Mövzu haqqında məlumata malik dörd mənbəyə görə, Bazar ertəsi günü ABŞ-ın Xarici işlər naziri Mike Pompeo, İrandan neft idxalına görə bəzi ölkələrə verilmiş azadolmanın (möhlətin) uzadılmayacağı barədə qərarı açıqlayacaq.
İrandan neft idxalı üçün aralarında Türkiyənin də olduğu 8 ölkəyə 2018-ci ilin Noyabr ayında verilən və müddəti Mayın 2-də başa çatacaq möhələtin uzadılmayacağı qeyd edilir. ABŞ Noyabr ayında Çin, Cənubi Koreya, Hindistan, İtaliya, Yaponiya, Tayvan, Yunanıstan və Türkiyəyə 180 gün möhlət vermişdi. Bu ölkələr ABŞ sanksiyalarından müvəqqəti azad edilmişdi.
Bu il neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları, ABŞ-ın İran və Venesuelaya qarşı sanksiyaları, Liviyada hasilatın azalması və ABŞ-da istehsalın artmasının səngiməkdə olduğuna dair işarələr ilə təxminən 40% bahalaşıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Brent neftinin qiyməti Londonda "ICE Futures Europe" birjasında 2.34 dollar artaraq barreli 74.31 dollara qədər qalxdıqdan sonra 73.75 dollara gəlib.
Qərbi Texas nefti (WTI) "Nymex" birjasında 1.87 dollar bahalaşaraq barreli 65.87 dollara qədər qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)




