Bu xidmət Azərbaycanda ilk dəfə təqdim olunur - PAŞA BANKDAN YENİLİK
PAŞA Bankda müştəri olmaq istəyən hüquqi şəxslər üçün onlayn hesab açmaq imkanı yaradıldı
Ölkənin ən böyük özəl bankı PAŞA Bankda hüquqi şəxslər üçün yeni bir xidmət – onlayn rejimdə hesab açmaq imkanını yeni müştərilərin istifadəsinə verib. Bu xidmət Azərbaycanda ilk dəfə təqdim olunur.
PAŞA Bank-dan "Marja"ya daxil olmuş məlumata görə, artıq Bankda müştəri olmayan hüquqi şəxslər, onlayn şəkildə ərizə formasını dolduraraq sadəcə “Asan İmza” mobil elektron imza vasitəsilə ərizəni təsdiqləyir, yeni açılmış hesab üzrə rekvizitləri 10 dəqiqə ərzində əldə edir və Banka yaxınlaşaraq hesabı aktiv edir.
Məlumatda qeyd olunur ki, onlayn hesab açmaq prosesini daha effektiv etmək məqsədilə PAŞA Bank daim təkmilləşdirmə işləri aparır və müştərilərin ehtiyaclarına cavab verən yenilikləri tətbiq edir. Belə ki, vaxta qənaət edərək müxtəlif valyutalarda cari və kart hesabı ilə yanaşı, Bank müştərilərinə dövriyyəsinə uyğun olaraq tarif paketlərinə də artıq onlayn qoşulma imkanını təqdim edir.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib: “Ümid edirəm ki, onlayn rejimdə hesab açmaq imkanı PAŞA Bank müştərilərinin işini asanlaşdıraraq qarşılarında geniş imkanlar açacaq və bu rəqəmsal həllin rəqabət qabiliyyətli üstünlüklərindən faydalanmağa imkan verəcək. Bu xidmət öz növbəsində PAŞA Bankın 2018-2020-ci illər üzrə İnkişaf strategiyası üzrə əsas hədəflərindən biri olmaqla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”-nin rəqəmsal inkişaf sahəsindəki məqsədlərinə çatmağa xidmət edən yeni bir töhfədir”.
Cənab Kazımov eyni zamanda onu da vurğulayıb ki, bu kimi layihələrin reallaşdırılması və effektiv proseslərin tətbiqi üçün hüquqi şəxsin razılığı əsasında müvafiq dövlət qurumlarından lazımi məlumatların rəqəmsallaşdırılmış şəkildə əldə edilməsi çox vacibdir. PAŞA Bank isə öz növbəsində sözügedən yeni xidmətin ən müasir standartlara və texnologiyalara uyğunlaşdırılması üçün bütün imkan və texnoloji resurslara malikdir.
Xidmətdən istifadə buradan mümkündür.
Qeyd edək ki, carı ilin əvvəlində Azərbaycanda ilk dəfə olaraq PAŞA Bank fərdi sahibkarlar üçün onlayn rejimdə müştəri olmaq və onlayn açılmış hesab üzrə rekvizitlərin 5 dəqiqə ərzində əldə edilməsi imkanını təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 d. əvvəl
-
47 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
52 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 3 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Əliyevlə Tramp arasında görüş keçirilib
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
Ən çox oxunanlar
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb






















