“AzerTelecom” və “China Telecom” Strateji Anlaşma Memorandumu imzaladı
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Çinin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan “China Telecom” ilə Starteji Anlaşma Memorandumu imzalayıb.
Çinin İKT sahəsində fəaliyyət göstərən qlobal şirkəti olan “China Telecom”la “AzerTelecom” şirkəti arasında Starteji Anlaşma Memorandumunun imzalanması Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi “Bir kəmər, bir yol” 2-ci beynəlxalq forumu çərçivəsində baş tutub. Forum çərçivəsində Azərbaycan Respublikası və Çin Xalq Respublikasını təmsil edən müxtəlif şirkətlər arasında sənədlərin imzalanması mərasimi keçirilib.
Starteji Anlaşma Memorandumunu “AzerTelecom” şirkəti tərəfdən Baş icraçı direktor, “Azerbaijan Digital HUB” proqramının müəllifi və rəhbəri Fuad Allahverdiyev, “China Telecom” tərəfdən isə bu şirkətin vitse-prezidenti Dong Zi Yu imzalayıb.
“Azərbaycanın beynəlxalq səviyyədə tanınan telekommunikasiya operatoru, Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən “AzerTelecom” ilə Çinin iri texnologiya şirkəti olan “China Telecom” arasında Starteji Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyətə malikdir. Belə ki, bu sənəd iki ölkəni təmsil edən iri telekommunikasiya şirkətləri arasında “Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması istiqamətində qarşılıqlı anlaşmanı və əməkdaşlığı özündə əks etdirir”- deyə “AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.
Fuad Allahverdiyevin bildirdiyinə əsasən, Strateji Anlaşma Memorandumu Çinin internet trafikinin daşıyıcısı - qlobal tranzit şirkəti olan “China Telecom” şirkətinin internet trafikinin “Digital HUB” proqramı çərçivəsində qurulan Asiya-Avropa arasında yeni rəqəmsal telekommunikasiya dəhlizi üzrə Azərbaycan üzərindən daşınması istiqamətində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün imkanlar açır.
Qeyd edək ki, 25-27 Aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilir. Forum dövlət və hökumət başçılarını, müxtəlif dövlət rəsmilərini, özəl sektoru təmsil edən iri şirkətləri, sərmayədarları, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini bir araya toplayıb.
“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir. “Digital HUB” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. “Digital HUB” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hazırda Çin Hökumətinin təşəbbüskarı olduğu “Bir Kəmər, Bir Yol” layihəsində Azərbaycanın da iştirakına töhfə verəcək. Proqramın icrası ilə Azərbaycan “Bir Kəmər, Bir Yol” layihəsinin telekommunikasiya dəhlizinə çevriləcək.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 8 saat sonra
- 6 saat sonra
- 8 saat əvvəl
-
-
11 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
12 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
12 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 12 saat əvvəl
-
13 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş























